Bizim.Media-dan daha bir TƏŞƏBBÜS – Mədəniyyət Nazirliyi nə cavab verəcək?

Rusiya Federasiyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə ölkədə gəncləri mədəniyyət ocaqlarına təşviq etmək üçün "Puşkinskaya Karta" tərtib olunub. Sentyabrın 1-dən istifadəyə verilən kart vasitəsilə 14-22 yaş arası gənclər ölkənin hər yerində teatrları, muzeyləri və konsert salonlarını ziyarət edə biləcəklər.

Karta hər ay 3000 rubl (təxmini 70 AZN) yanvar ayından isə 5000 rubl (təxmini 116 AZN) yüklənəcək.

Məlumata görə, Rusiyada hazırda bu yaş kateqoriyasına aid olan təxminən 13 milyon gənc var və bu şəxslər hər ay rahatlıqla bu kartın köməkliyi ilə tetarlara, muzey, sərgilərə, filarmoniyaya gedə biləcək.
 

MÖVZU İLƏ BAĞLI:

Teatrlar nə vaxt açılacaq? – NAZİRLİKDƏN AÇIQLAMA 


Məqsəd isə yeniyetmə və gəncləri mədəni proseslərə cəlb etməklə pis vərdişlərdən uzaq tutmaq və onların intellektual səviyyəsinin formalaşmasına istiqamət verməkdir.

Maraqlıdır, Azərbaycanda gənclərdə bu cür maraq yaratmaq üçün hansı addımlar atılır. Nəzərə alsaq ki, son zamanlar narkotik vasitələrin istifadəsi geniş yayılıb və bu maddənin ən çox istifadəçiləri də gənclərdir, bu sahədə ciddi addımların atılmasına ehtiyac var. 

Bizim.Media bu təşəbbüslə Mədəniyyət Nazirliyinə müraciət etdi. Nazirliyin mətbuat katibi Məryam Qafarzadə açıqlamasında bildirib ki, bu çox gözəl təşəbbüsdür və bu təklif nazirlik tərəfindən nəzərdə saxlanılacaq.

“Bu formatda bir layihə hələ ki, nazirlik tərəfindən reallaşdırılmayıb. Əfsuslar olsun ki, yaxın gələcəkdə belə bir layihə nəzərdə tutulmayıb.

Lakin, Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, mədəniyyət sahəsində gənclərin fəal iştirakına şərait yaratmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən mütəmadi olaraq bir sıra tədbirlər həyata keçirilir.
 

Məsələn nazirlik Qarabağa qayıdışla bağlı “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi keçirib. Bundan başqa nazirlik “Vətənvərpərlik mövzusunda ədəbiyyat müsabiqəsi” də təşkil edib.


Burada məqsəd gənclər arasında vətənpərvərlik hisslərini geniş təbliğ etməkdir. Belə bir çox layihələr həyata keçirilib.

Həyata keçirilən bütün layihələr nazirliyin rəsmi saytı və sosial media hesabları vasitəsilə ictimaiyyətə təqdim edilir”.

Qeyd edək ki, yuxarıda nazirlik əməkdaşının dediyi fikirlər alqışa layiqdir. Ancaq bu özündə kütləvilik xarakteri daşımır. Bizim.Media-nın xarici təcrübəyə əsaslanaraq irəli sürdüyü təşəbbüs isə indiki sosial vəziyyətdə, həm də pandemik situatsiyada ölkəmiz və gələcəyimiz üçün faydalı olacağı fikrindəyik.

Bir media orqanı olaraq ideyanı çox maraqlı hesab edirik və bu istiqamətdə dövlət orqanları ilə birlikdə çalışmağa hazırıq. Mövzunu davam etdirəcəyik.

Vüsalə Balayeva, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu avtobus marşrutlarını hansı şirkətlər işlədəcək? – RƏSMİ

Bu avtobus marşrutlarını hansı şirkətlər işlədəcək? – RƏSMİ

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

“Sabah” - “Slaviya” matçının ƏN YAXŞISI seçildi

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

HDQ-nin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak etdi - FOTO

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Millimiz “Antalyaspor”a QALİB GƏLDİ

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Roma Papasının ağciyərində bədxassəli şiş aşkarlandı - Əməliyyat olundu

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Azarkeşlər son anda qadağa ilə üzləşdi

Bakının bu rayonlarında işıq olmayacaq

Bakının bu rayonlarında işıq olmayacaq

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU - FOTO

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

“Sabah”a uduzduqdan sonra komandasını TƏNQİD ETDİ

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Bu BÜRCLƏRİ bir neçə xoşbəxt həftə gözləyir

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Paytaxtda ağır qəza olub, xəsarət alan var - VİDEO

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

Britaniyanın Tehrandakı səfiri XİN-ə ÇAĞIRILDI

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

“Qarabağ” “Sabah”ı TƏBRİK ETDİ

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Plastik cərrahı qətlə yetirən əri mirasdan məhrum edildi

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

Aİ Ukrayna üçün daha iki danışıqlar klasterini AÇDI

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

İnsan neçə dil öyrənə bilər? - Alimlərdən maraqlı ARAŞDIRMA

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Moskvanın üç aeroportunda uçuşlara məhdudiyyət QOYULDU

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Kahim Perris Azərbaycan futbol tarixinə düşdü

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Alena Əliyeva "44" filminin premyerasından paylaşım etdi - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

Azərbaycan-Laos əlaqələrinin inkişafı müzakirə olundu - FOTO

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

İlon Mask yenə trilyonçu statusunu İTİRDİ

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

Ağ Evin yeni mətbuat katibi ilk brifinqindən sonra vəzifəsini İTİRƏ BİLƏR

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

“Sabah” doğma meydanda tarix yazdı - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

Hüseyn izləyicisinə bir "paçka" dollar verdi - VİDEO

End of content

No more pages to load

RADİO