Ayaqları tutulan Məsumə Babayeva: “Əməyimdən istifadə edib, özlərinə bahalı ev aldılar” – ÖZƏL 

“O gün evdə yıxılmışam. Ayaq üstə idim, fırlanmaq istəyəndə yerə yıxıldım. Ayaqlarımda problemlərə görə, yerdən qalxa bilmədim. Zəng elədim qızıma, o, taksi ilə şəhərdən yaşadığımız yerə gəldi. Taksi şoferi ilə köməkləşib məni yerdən qaldırdılar. Divana uzadıb, getdilər. Axşama kimi uzanıqlı vəziyyətdə qaldım. Çox əziyyət çəkirəm”. 

Bu sözləri Bizim.Media-nın əməkdaşı ilə söhbətində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının məşhur aktrisası Məsumə Babayeva deyib.  

75 yaşlı sənətkar səhhətinin ağır olduğunu, ayaqlarının tutulduğunu və bu səbəbdən yeriyə bilmədiyini açıqlayıb: 

“Müalicələrimi edirəm, amma heç bir effekti yoxdur. Harada qırıldı, qırıldı... Ayağıma “stend” qoydular. Sonra isə həkimlər istədilər ürəyimdə cərrahi əməliyyat keçirsinlər, ürəyimə “stend” qoysunlar. Amma əməliyyata icazə vermədim. Çünki 72 yaşım var. Bu ağır əməliyyatdan sağ çıxmaram. 

Şəhərdə ürək həkimi var. O mənə söylədi ki, səni əməliyyatsız müalicə edərəm. Mənim özümə baxan insan lazımdır. Alim qızım mənə evdə hər bir işimdə kömək edir. Çimizdirir, yeməyimi verir, müalicələrimi edir. Özüm isə heç bir iş görə bilmirəm. Çünki ayaqlarımın hər ikisi tutulub. Gəzə bilmirəm, yıxılıb qalıram saatlarla evdə. Gərək iki adam olsun ki, məni yerdən qaldırsın. Mütəmadi uzanıram”. 

M.Babayeva maddi vəziyyətinin aşağı olduğunu və bu səbəbdən dərmanları aptekdən nisyə aldığını bildirib: 

“Müalicələrimi evdə alıram. Dərmanlarımı isə aptekdən nisyə alıram. Onları qəbul edirəm. Sonra təqaüd aldıqdan sonra aptekə yavaş-yavaş borclarımı ödəyirəm. Dərmanların qiyməti də od tutub yanır. Qızım məni saxlayır. Qızım Neft Akademiyasında dərs deyir. O, alimdir. Alimin və müəllimin aldığı maaş isə çox aşağıdır. Birtəhər dolanırıq”. 


Aktrisa Mədəniyyət Nazirliyinin onun vəziyyətindən xəbərdar olduğunu, lakin heç bir yardım göstərmədiyini vurğulayıb: 

“Mədəniyyət Nazirliyi vəziyyətimdən xəbərdardır, amma heçnə etmir. Bir dəfə Qurban Bayramında evə qurbanlıq payı göndərdilər. Ondan sonra səs-səmirləri kəsdi. Heç kim mənimlə əlaqə saxlamayıb. Elə bil ki, yoxsan bu dünyada. İllərlə çalışdığım hazırda isə yaşıma görə çıxdığım Gənc Tamaşaçılar Teatrının Həmkarlar İttifaqı yanvar ayında yardım məqsədi ilə mənə bir qutu ərzaq göndərdi (makaron, vermeşil, çay, qənd və s.). Ondan sonra heç kim mənimlə nə maraqlanır, nə də ki hansısa maddi yardım edir. 

Onlar da 5-6 aydan bir kartıma 50 manat pul köçürürlər vəssalam. Mən qocalıq üçün müəyyən miqdarda təqaüd alıram. Amma aktrisalıq fəaliyyətimlə bağlı heç bir təqaüd almıram. Mənimlə nə maraqlanan var, nə də ki bu haqda danışmaq istəyirəm”. 

Məsumə Babayeva onu seriallara çəkən rejissorlardan da gileylənib. Aktrisa bildirib ki, onlar səhhətinin ağırlaşdığını bildikdən sonra onunla bütün əlaqəni kəsiblər: 

“Bir çox seriallara çəkilmişəm. Amma o serialların rejissorları bir dəfə də olsun zəng vurub mənimlə maraqlanmırlar. Onlar mənim əməyimdən istifadə edib, özlərinə bahalı avtomobillər və ev aldılar. Şəraitlərini düzəltdilər. Mənim ağzıma isə bir tikə atırdılar ki, danışma, sus. Zəhmətimi əlimdən alırlar, amma əvəzində heçnə vermirlər. 

Deyəndə ki, “xəstəyəm”, bununla da hər şey bitir. Rejissorlara dedim ki, “xəstəyəm məni seriala çağırmayın”. Ondan sonra bir adam da tapılmadı ki, maraqlansın, varam yoxsa yoxam”. 

Sənətkar gününü televizora baxaraq keçirdiyini söyləyib:  

“Oturmuşam evdə, günümü elə televizora baxa-baxa keçirdirəm. Bütün günü uzanıram. Evin içində ayağa durub, gəzə bilirəm. Amma uzun məsafə gedə bilmirəm. Stulda da çox oturanda ayağımdakı damarlar “işləmir”. Gərək uzanım ki, qan damarlarda dövrə etsin. Ona görə mənə çox çətindir”. 

Qeyd edək ki, ötən il Məsumə Babayevanın sinəsində şiş aşkarlandığı üçün əməliyyat olunmuşdu. Əməliyyat zamanı isə onun döş vəziləri xaric edilmişdi. 

Rəşad Əliyev, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO