13-cü Beynəlxalq Kurort Turizm Konqresi BAŞLADI

2023-cü il yanvar-oktyabr aylarında qəbul etdiyimiz ümumi ziyarətçi sayı 50,2 milyon nəfəri ötüb. Türkiyəni tətil istiqaməti seçən xarici turistlərin sayı bu 10 ay ərzində, əvvəlki ilin eyni dövrünə nisbətən 11,58 faiz artım göstərib. Turizm gəlirləri baxımından isə, 2023 yanvar-sentyabr müddətində 42 milyard dollar gəlir əldə edilib. Keçən ilin eyni müddətində əldə edilmiş 35 milyard dollarlıq gəlir ilə müqayisədə, 20 faizlik bir artım müşahidə olunur.

Bizim.Media xəbər verir ki, bu rəqəmləri Mədəniyyət və Turizm naziri Mehmet Ersoy Antalyanın Belek Turizm Bölgəsindəki Nest Konqres Mərkəzində keçirilən “13-cü Beynəlxalq Kurort Turizmi Konqresi”nin açılışında çıxışı zamanı bildirib.

Turizmdə daha bir ili başa vurduqlarını bildirən Mehmet Ersoy Türkiyənin turizmdə dünyanın super liqasında olduğuna diqqət çəkib:

“2028-ci ildə hədəflərimiz çox daha yüksək olacaq. Turizm-sənaye həmkarlarımızın dəstəyi ilə hədəflərə nail olacağıq”.

TGA ilə 200 ölkədə tanıtım işi

Nazir Türkiyənin geosiyasi mövqeyinə görə keçmişdə olduğu kimi bu gün də böhranlar, regional münaqişələr, müharibələr, təbii fəlakətlər və qlobal problemlərlə üzləşdiyini bildirib.

Qlobal və regional böhranlara qarşı toxunulmazlığı artırmaq, keyfiyyətli turistləri Türkiyəyə cəlb etmək və turizm gəliri hədəflərini yüksəltmək məqsədi ilə 2019-cu ildə Türkiyə Turizm Təbliğ və İnkişaf Agentliyini (TGA) qurduğunu xatırladan Mehmet Ersoy, TGA- nın böhran dövrlərində tanıtım fəaliyyətlərinə qədər bir çox uğurlu layihəyə imza atdığını bildirib.
Mehmet Ersoy, TGA ilə 33 ölkənin milli kanallarında intensiv tanıtımlar etdiklərini və təxminən 200 ölkədə rəqəmsal tanıtım fəaliyyətləri həyata keçirdiklərini bildirib. Rəsmi turizm platforması olan “GoTürkiye” internet saytının 10 fərqli dildə yayımlandığını bildirən nazir Ersoy, bu platformanın tarix, sağlamlıq, təbiət, inanc, velosiped, qolf turizmi, qastronomiya kimi 60-a yaxın mövzuda müxtəlif başlıqları olduğunu qeyd edib.

Dünyanın hər yerindən mətbuat mənsublarının, influencer və turoperatorların Türkiyəyə qonaq etdiklərini xatırladan nazir Ersoy sözlərini belə davam etdirib:

“20 noyabr tarixində verilən məlumata əsasən, ilin başlanğıcından etibarən 85 müxtəlif ölkədən 3140 mətbuat mənsubu və influencer, 3117 tur operatoru olmaqla, ümumilikdə 6257 nəfər Türkiyənin 73 şəhərində keçirilən 424 ayrı qonaqpərvərlik tədbirində iştirak edib. Bu müddət ərzində yalnız Antalyada 75 fərqli ölkədən təxminən 1680 nəfər qonaq olub”. Səslənişin davamında il sonunadək tanıtım işlərini davam etdirəcəklərini və 81 şəhərin hər birinin bu qonaqpərvərlik fəaliyyətlərinə daxil ediləcəyini də vurğulayıb.

Mədəniyyət Yolu Festivalı 2028-ci ildə 35 şəhərə çatacaq

Nazir Ersoy turizmdə məhsul müxtəlifliyinə önəm verdiklərini və xüsusilə mədəniyyət turizmi sahəsində mühüm işlər gördüklərini bildirib.

2021-ci ildə İstanbulun Beyoğlunda başladılan Mədəniyyət Yolu Festivalı layihəsini daha geniş kütlələrə yaydıqlarını bildirən nazir Ersoy, bu il “Cümhuriyyətin 100-cü ilində 100 gündə 11 festival” şüarı ilə yola düşdüklərini və Türkiyə Kültür Yolu Festivalları çərçivəsində 11 bölgədə 400-ə yaxın məkanda 5 mindən çox tədbir keçirdiklərini qeyd edib.

Hər il 5 şəhəri bu zəncirə daxil etməklə festivalların təsir sahəsini daha da genişləndirəcəklərini ifadə edən nazir Ersoy, 2028-ci ildə 35 şəhərdə Türkiyə Kültür Yolu Festivalı keçirməyi hədəflədiklərini bildirdi. Eyni zamanda qastronomiyanın turizmin ən əhəmiyyətli məhsul başlıqlarından biri olduğuna diqqət çəkərək, şəhərlərə "gastrocity" adını qazandırmaq üçün çox çalışdıqlarını ifadə edib.
İstanbulun 2022-ci ildə Michelin Bələdçisinə daxil edildiyini xatırladan nazir 2023-cü il Michelin Bələdçisinin Türkiyə seçiminə İzmir və Bodrumu, 111 restoranın isə 2024 seçiminə daxil edildiyini qeyd etdi. Ersoy yaxın illərdə Antalyanın da bu sırada yerini alacağına inandığını bildirib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

Kiyev ballistik raketlərlə vuruldu, dağıntılar var – FOTO-VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

İndoneziyada güclü zəlzələ: 51 nəfər həlak oldu - VİDEO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Tovuzda ağır qəza: ÖLƏN VAR - FOTO

Sizi böyük uğurlar gözləyir -Şanslı həftədə diqqətli olun!

Sizi böyük uğurlar gözləyir -Şanslı həftədə diqqətli olun!

Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 mini ÖTDÜ

Almaniyada isti hava səbəbindən ölənlərin sayı 12 mini ÖTDÜ

Hər gün yumurta yeməyin TƏHLÜKƏSİ üzə çıxdı

Hər gün yumurta yeməyin TƏHLÜKƏSİ üzə çıxdı

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

ABŞ siyasətini Dostoyevskinin sözləri ilə tənqid etdi – FOTO

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Bu ucuz 2-ci əl maşınları rahat 400-500 min kilometr sürəcəksiniz

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

Qonşu ölkənin bir hissəsi istidən, digəri leysandan əziyyət çəkir

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

ABŞ-da universitetə silahlı HÜCUM – Yaralılar var – FOTO

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

Qarpızı hər gün yemək olar? - Həkimdən bu xəstələrə XƏBƏRDARLIQ

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

“Sabah”la oyuna görə “Hapoel”dən xüsusi qərar

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

Hörmüz boğazında EKOLOJİ FƏLAKƏT – Zərər trilyonlarla ölçülür – VİDEO

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

“Rusiyada orta ömür müddəti 150 ilə çatacaq”

Beyləqanda qadın kanalda BATDI

Beyləqanda qadın kanalda BATDI

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

"Qardaş, kaş bu günü tarixdən silə bilərdim" - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Son çempion mövsümə qələbə ilə BAŞLADI - VİDEO

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Rusiya “pusqu dronları”nı işə saldı – Hücumun ANBAAN VİDEOSU

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sentyabrda ulduzu parlayacaq 5 bürc

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Sakinləri ziyana salan hadisə: "Zülmlə almışdıq, bizim günahımız nədir?!" – VİDEO

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

Ukraynada ərzaq qıtlığı DƏRİNLƏŞİR – Əhaliyə ehtiyat toplamaq TÖVSİYƏ EDİLDİ

"Dünya gözəli" qəfil öldü - (Foto)

"Dünya gözəli" qəfil öldü - (Foto)

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

İran və Tacikistan arasında TARİXİ ANLAŞMA

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

Ölümdən möcüzə nəticəsində xilas oldu - ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO