Dünən “Avroviziya”x9d - 2016" mahnı müsabiqəsinin yarımfinalı keçirilib. Təmsilçimiz Səmra Rəhimli da finala vəsiqə qazanan iştirakçılar sırasında yer alıb.
Çox təəssüf ki, erməni məkri dünən də öz sözünü dedi. Yalnız özlərinin tanıdığı “bayraq”x9dla yenə Avropanın bayram ovqatını təlx etdilər.
Tanınmış tarzən, xalq artisti Ramiz Quliyev Moderator.az saytına açıqlamasında həmin müsabiqədəki təmsilçimizin çıxışını qiymətləndirməklə yanaşı, həm də baş verən xoşagəlməz olaya da münasibət bildirib:
“Əvvəla, Azərbaycan musiqisi o qədər zəngin, o qədər kaloritlidir ki, təkcə xalq musiqisində deyil, estrada, caz və s. janrlarda hər tərəfli inkişafın şahidi oluruq. Bunun üçün də ölkəmizin hər cür yarışmada iştirak etmək hünəri var. Səmra xanım əgər həqiqi musiqini üzə çıxara bilsə, Azərbaycan musiqiçiləri yarışmada ən vacib kürsülərdən birinin sahibi ola bilər. Təbii ki, bəzi siyasi məsələləri ora qatıb aranı qarışdırmasalar Azərbaycan musiqisi qələbə çala bilər. Qələbə nədir? Haqqın səsi”¦ Milli lovğalıq olmasın, Azərbaycan musiqisini bütün dünya ölkələrinin musiqisi ilə müqayisə etmək mümkündür”x9d.

Professor Ramiz Quliyev son günlərin əsas gündəmi olan səhnənin siyasiləşməsi məsələlərinə də toxunub:
“Siyasət artıq hər mövzuya nüfuz edib. İstər musiqi, istərsə də digər məsələlərdə siyasətin rolu çox böyükdür. “Avroviziya”x9dda bəzi ölkələr aman versələr-yəni, siyasi məsələlər musiqini üstələməsə hər şey şəffaf keçər. Düşünün, suyu belə siyasətlə içirlər. Havada da bir siyasət qoxusu var. Aristotelin bir sözü var: “Mənim dostum filankəsdir. Amma həqiqət dostumdan da önəmlidir”x9d. Bax burda da məsələ belədir. Elə siyasi manevr edərlər ki, musiqi arxa plana atılar, səhnədə siyasi qüvvələrin məkrli düşüncələri rəqs edər. Musiqidən istifadə edib, silah alverinə, dava-dalaşa başlanıla bilər, musiqi özü bu mənada şahmatdakı kimi şahın piyadası rolunu oynayar. Dünyada bir rifah yolu var - o da mədəniyyət, musiqi, mənəvi zənginlikdir! Onu da əlavə edim ki, bu məsələlər artıq bizim başımızın üstündə bir oyun ola bilməz, çünki xalqımız ayıqdır, hər şeyi olduğu kimi, görüb təhlil edə bilir”x9d.
Kəmalə Yusifli