Bir-birini rüsvay edən ŞOU ƏHLİ – FOTO

“Dilim-dilim olasan, dilim” deyib, dilinin bəlasına düşən, bir-birini bəyənməyib, ifasından tutmuş geyiminə kimi “ağız büzən”, özünü hamıdan üstün görən şou əhli mövsüm boyunca qalmaqalları ilə gündəmi alt-üst etdilər.  

Bizim.Media şou nümayəndələrinin istər canlı yayımda, istərsə də sosial şəbəkələrdə görünməmiş və səs-küyə səbəb olan dava-dalaşlarını təqdim edir.  

Gündəmi silkələyən əsas qalmaqallardan biri Əməkdar artist Mətanət İsgəndərlinin ailəsində cərəyan etdi. Belə ki, sənətçinin gəlini Canana (Aynur Həmidova) “Təsir dairəsi” verilişinə çıxaraq, həyat yoldaşı Kərim Həmidovun psixoloji durumunun yerində olmadığını və əlindən alınan üç uşağına dəfələrlə şiddət göstərdiyini dilə gətirib.


Sonra Canana üç uşağını geri almaq üçün apellyasiya məhkəməsinə müraciət edib. Məhkəmədə qalib gəlib övladlarına qovuşan Canana qaynanası və keçmiş həyat yoldaşı ilə barışmaq üçün “Bizimləsən” verilişində onlara jest edib.

Bir müddətdən sonra Canana Mətanətlə barışdığını elan edib və birlikdə “MTV maqazin”də görüntülənib. Əməkdar artistin gəlini müsahibəsində keçmiş həyat yoldaşı Kərimin ikinci dəfə evləndiyini açıqlayaraq, ondan halallıq istədiyini bildirib.  

Bununla yanaşı, Canana evinin olmadığı səbəbi ilə üç övladın qaynanasıgildə qalacağını dilə gətirib. Mətanət isə öz növbəsində keçmiç gəlini ilə yalnız nəvələrinin xətrinə barışdığını və bundan sonra bu haqda danışmaq istəmədiyini vurğulayıb.  

Ölkə gündəminə səs salan daha bir çaxnaşma isə rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasında baş verib. Belə ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı “Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla” sözləri səbəb olub.  


Fətəliyeva Səfərlinin yazdığı statusa cavab olaraq, sosial şəbəkə hesabına canlı yayım açaraq onu “yıxıb-sürüyüb”:

“Xınaya çox dəvət edirlərsə, mənim günahımdı? Durub yazırsan, rəqqasəni stoldan qovdular, yiyəsizdir. Mən Fətəliyev nəslindənəm, maraqlan, araşdır. Sən də haradan gəlmisən, yadına sal. Necə gəlməyin örtüldü? Nə at üstünə minmisən, camaatı heç nə edirsən? Sənin nəsə deməyinlə mən kiminsə gözündən düşmürəm. Yadına sal ki, xonça evimə gəlib gecə ərəb rəqsi paltarı aldın. Gecə hara gedirdin? Ərəb rəqsi oynasam da, qız uşağı böyütmüşəm. O günü az gördüm, şükür. O vaxt oynayanda xəcalət çəkmişəm, utanmışam. Anam evdə ağlayırdı, bu bayram günü göz yaşım yerdə qalmayacaq (ağlayır). Allah hamının ürəyinə görə versin. Mən qız, oğul anasıyam. Hamı bilir necə qız böyütmüşəm, necə ailədə böyümüşəm? Nazilə Səfərli, ağzını yum otur, mənimlə işin olmasın. Get, öz qabına bax, gör ərim deyə-deyə nə oyundan çıxırsan” – deyə Fatimə bilidirib.  

Rəqqasənin ittihamlarına cavab olaraq isə şairə onu məhkəməyə verəcəyini açıqlayıb. Bunu eşidən Fətəliyeva məhkəməyə hər an hazır olduğunu bildirib. Lakin tərəflər arasında məhkəmə olmayıb.  

Daha bir “qırığın” isə Əməkdar artist Vasif Məhərrəmli və xanım həmkarı Şəbnəm Qəhrəmanova arasında yaşanıb. Belə ki, üç il əvvəl “Lider mən” verilişində Şəbnəmin Vasifin ünvanına söylədiyi “Şou-biznesin ən xəsis müğənnisidir” kadrları sosial şəbəkələrə yayıldıqdan sonra qarşı tərəfi “cin atına mindirib”.  


Məhərrəmli qonaq olduğu “10-da görüşək” səhər şousunda “Ailəli deyilsən, amma uşağın var. Bəs bu uşağın atası kimdir?” sözləri ilə Qəhrəmanovaya “od” qoyub. Bu açıqlamadan sonra Şəbnəm Məhərrəmlini onun ailəsinə dil uzatdığına görə, heç zaman bağışlamayacağını və onu görmək istəmədiyini bildirib.

Vasif isə verilişlərdə Şəbnəmdən dəfələrlə üzr istəsə də, Şəbnəm onu bu jestinə qarşılıq verməyərək, rədd edib.  

Şou-biznesin qalmaqal dəftərinə adını “qızıl hərflərlə” yazdıran isə Əməkdar artist Elza Seyidcahan olub. Bəstəkar-müğənni qonaq olduğu “Şourum” maqazin verilişində Səidəni gündəmə musiqiləri ilə deyil, soyunmağı ilə gəldiyini söyləyərək, onu yazıq adlandırıb.


Sultan isə Seyidcahanın bu sözlərinə “Mən niyə yazıq oluram ki? Yazıq sənsən. Elzanın “İQ” səviyyəsi 70%” qarşılığı verib.  


Əməkdar artist “Qədeş söhbətləri” mənlik deyil. Mən aristokrat, mədəni, klassik xanımam. Ona görə də hər şeyə klassik yanaşıram” açıqlaması ilə qarşı tərəfi sakitləşdirməyə çalışıb.  

Düzdür, Sultan Seyidcahana sakitləşsə də, amma "Tarixin bir günü" şousunda həmyaşıd olduğu həmkarlarının ifa janrlarına “ağız büzərək” onları ağır sözləri ilə zəhərləyib.  

“Məndən sonra gələn nəslin müğənniləri “rakada-çıkada”, “nanay-nanay” oxuyurlar. Belə ifalar bizə nə verəcək?! Azərbaycan musiqisinə nə verəcək?! Əksinə, daha da bədbəxt edib, pis günə qoyub. Kənardan gələn qonaq Azərbaycanımın musiqisini dinləyəndə, şəxsən mən utanıram. Deyirəm ki, bunlara qulaq asmasa yaxşıdır”, – deyə Səidə fikirlərini ifadə edib.  


Bu sözləri öz ünvanına götürən isə müğənni Şəbnəm Tovuzlu olub. Tovuzlu “Bizi küçümsəmək və kateqoriyalara bölmək düzgün deyil. Biz istəsək, onların da janrında ifa edə bilərik. Bu gün mahnı janrında, kütlə musiqisində, efirlərin tələbatında, reytinqdə izləyək görək kim birinci yerdə olacaq. Biz hər zaman üstünük” sözləri ilə qarşı tərəfin cavabını verib.  

Bu açıqlamadan sonra Səidə hiddətlənərək canlı yayımda Şəbnəmi “ağ yuyub, qara sərib”. Bundan sonra ikili arasında çaxnaşma yaşanıb.  

Daha bir dava isə bir-birinə can deyib, can eşidən aktrisa Pərvin Abıyeva ilə “Miss Azerbaijan 2019” Səmra Hüseynova arasında yaşanıb. Belə ki, Pərvin Ləman adlı sosial şəbəkə fenomeni ilə “TikTok”da yarışıb. Oyun zamanı Səmranın Ləmana dəstək üçün atdığı “Şir” hədiyyəsi ona baha başa gəlib.  


Pərvin Səmranın bu hərəkətini başına qaxınc edərək, onu sosial şəbəkədə biabır edib. Abıyevanın bu sözlərindən sonra Səmra canlı yayım açaraq, aktrisanı rüsvay edib. O, “Pərvin plastik əməliyyat ilə ayaqlarının həcmini azaldıb.  

“Liposaksiya” piy sovurma əməliyyatı keçirib. Sinəsinin həcmini də silikonla (mamoplastika) böyüdüb. Bu isə təbii gözəllik sayılmır. Qəşəng qızdır, amma üzündən də əməliyyat olunub. Çənəsini balacalaşdırıb, damağını da kəsdirib” deyərək, Abıyevanı “asıb- kəsib”.  

Əslində, bu siyahını çox uzatmaq olar, çünki məşhurlar bir-birinə söz atmadan, aşağılamadan, eyiblərini üzə çıxartmadan yaşaya bilmirlər.  

Görünən odur ki, bizi yeni mövsümdən şou əhlinin daha da betər qalmaqalları və “acı bağırsaq kimi” uzanan davaları gözləyir. Bu xəmir hələ çox su aparacaq...

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

UEFA araşdırmalara başladı

UEFA araşdırmalara başladı

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Belarusdan Latviyaya silahlı qrup keçdi – Sərhəddə GƏRGİNLİK

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Devid Bekhem Messiyə görə Buenos-Ayresə getdi - VİDEO

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Aİ-də MÜHÜM DƏYİŞİKLİK: Ölkələrin veto hüququ əllərindən alına bilər

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Bu iki ayda doğulanların DİQQƏTİNƏ: Çətinliklər geridə qalır

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

Zaxarovadan Fransada baş verənlərə REAKSİYA: “Kaya Kallası eşitmirəm, səsinizi çıxarın”

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

“Milan” “Barselona”nın futbolçusuna GÖZ DİKDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Suriyadan 13 nəfər Azərbaycana repatriasiya EDİLDİ

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Nazir polkovniki vəzifəsindən azad etdi - FOTO

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Məşhur aktrisanın əşyaları HƏRRACA ÇIXARILDI: Ailəsi etiraz etdi

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Trampdan İDDİA: “İranın neft naziri “heç nəyimiz yoxdur” deyib istefa verdi”

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Qara dənizdə neft daşıyan tankerə HÜCUM EDİLDİ

Messi fəxri doktor OLDU - FOTO

Messi fəxri doktor OLDU - FOTO

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Ölüm xəbəri yayılan Tacir Şahmalıoğlu ilə bağlı AÇIQLAMA

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

Fransadakı etirazlar İsraili hərəkətə keçirdi: Yəhudilərin kütləvi köç planı HAZIRLANIR

“Futbolu daha çox sevməyimə səbəb oldun”

“Futbolu daha çox sevməyimə səbəb oldun”

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Vüsal Aslanov özünə yeni müşavir təyin etdi - FOTO

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Hər gün bunu içmək insult riskini azalda bilər – ARAŞDIRMA

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Paşinyan: "Şakidə saxlanılan azərbaycanlı hərbçi Ermənistanda qalacaq"

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

Ceyran Rəhimovadan aparıcılara İRAD: “Tamaşaçının nəyinə lazımdır?” - VİDEO

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

“Rusiya Azərbaycan və Ermənistana öz vasitəçiliyini qəbul etdirməyə çalışmır”

AFFA klub rəsmisini CƏZALANDIRDI

AFFA klub rəsmisini CƏZALANDIRDI

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

Zelenski Rusiyanı İTTİHAM ETDİ: “Qara dənizi yararsız hala salırlar”

End of content

No more pages to load

RADİO