Dünyasşöhrətli amerikalı supermodel Sindi Krouford sentyabrın 20-də 27 yaşında vəfat edən oğlu Presli Uóker Herberin xatirəsinə həsr olunmuş təsirli müraciət yayımlayıb.
Bizim.Media xəbər verir ki, İnstagram səhifəsində oğlunun qara-ağ portretini paylaşan model bütün ailə adından (özü, həyat yoldaşı Rendi Herber və qızı Kaya Herber) ürək sözlərini yazıb:
"Sevgili oğlumuzun və qardaşımızın itkisindən sarsılmışıq. Presli 27 il həyatımızın bir hissəsi olduğu üçün sonsuz minnətdarıq. O, sevən və sevilən, mehriban və gözəl ruh idi. Həmişə də belə qalacaq".
Ailə həmçinin Preslinin xeyirxahlığından və açıqlığından qürur duyduqlarını qeyd edərək, bu ağır gündə onları dəstəkləyən hər kəsə təşəkkür edib:
"Görüşənədək, şirin balamız. Səni əbədi sevəcəyik".
Xatırladaq ki, Sindi Krouford və iş adamı Rendi Herberin oğlu Presli Herber sentyabrın 20-də Kaliforniyanın Santa-Monika şəhərindəki reabilitasiya mərkəzində ölü tapılmışdı. Polis ölüm səbəbi ilə bağlı araşdırmalarını davam etdirir.


Bizim.Media