ABŞ Prezidenti Donald Tramp, Rusiya Prezidenti Vladimir Putin və Çin Sədri Si Cinpinin Vyetnamda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində mümkün görüşü müzakirə olunur.
Bizim.Media TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.
“Düşünürəm ki, görüş barədə müzakirələr aparılır. Hər hansı razılaşmanın əldə olunub-olunmadığını bilmirəm”, – deyə Rubio qeyd edib.
O, həmçinin Trampın Rusiya ilə Ukrayna arasındakı münaqişəyə son qoymaq istədiyini vurğulayıb.
Bizim.Media