Bakıda azyaşlı düz 2 il burnunda gilas tumu ilə yaşayıb.
Bizim.Media xəbər verir ki, bu barədə lor-cərrah Kamil Cəfərov sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, 2 il burnunda yad cisim olan uşaqda baş ağrıları, təngnəfəslik, gecə narahat yatma və nəfəsalma ilə bağlı ciddi problemlər olub.
Əvvəlcə uşağa yalnız əməliyyat məsləhət görülsə də, tibbi alətlərin köməyi ilə çəyirdək burundan çıxarılıb.
Bizim.Media