Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

“Əmək pensiyaları” haqqında Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul olundu. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minəcək. Dəyişikliklərin qüvvədə olma tarixi bu ayın ilk günündən nəzərə alınacaq.

Bizim.Media xəbər verir ki, bu sözləri iqtisadçı alim, deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
 

"Qaydalara əsasən, bəzi vətəndaşlarımızın pensiyalarına aylıq pensiya əlavəsi hesablanacaq. Yəni, onların sosial yığımları əsasında müəyyənləşdirilən pensiya məbləğinə aylıq sabit məbləğlər əlavə olunacaq və bu da pensiya məbləğlərinin artmasına gətirib çıxaracaq.


Hazırda, bu kateqoriyadan olan şəxslər pensiyaya çıxarkən onların pensiyaları kapitala əsasən deyil, əmək haqqı məbləğlərinə uyğun müəyyənləşir. Yeni dəyişikliklər sığorta mexanizmini gücləndirdiyindən bu şəxslər pensiyaya çıxarkən onların fərdi şəxsi hesablarındakı yığıma əsasən müəyyənləşən məbləğə sabit əlavələr ediləcək. Söhbət dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bir sıra digər kateqoriya şəxslərdən gedir.

Sadə misal ilə izah etsək: Əgər bu kateqoriyaya uyğun gələn vətəndaşın 100 min manat pensiya kapitalı varsa, o vəsaitin 85 faizi fərdi hesabda cəmləşəcək. Yəni, fərdi hesabda 85 min manat vəsait olacaq. Həmin şəxsin yığım əsaslı pensiya məbləğinin müəyyənləşdirilməsi üçün o vəsait 144-ə bölünəcək (85000 manat/144= 590.2 manat). Deməli, həmin vətəndaşımızın yığım əsaslı pensiya məbləği 590.2 manat olacaq. Vətəndaşımız qeyd edilən xüsusi kateqoriyaya daxil olduğu üçün onun yığım əsaslı pensiya məbləğinə sabit vəsait əlavə olunacaq.

Nəticədə: Aylıq pensiya məbləği = 590.2 manat + sabit əlavə.
 

Yeni qaydalar ilə pensiya ve pensiya əlavəsinin proaktiv təyinatı həyata keçiriləcək. Yəni, həmin vətəndaşlarımız heç bir dövlət qurumuna müraciət etməyəcəklər və onların pensiya məbləği elektron olaraq müəyyənləşəcək və təyin ediləcək. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.


Yəni, Qanuna edilən dəyişikliklər təsdiq olunan zaman Fərmanla aylıq pensiya məbləğini təyin edəcək qurum da müəyyənləşəcək", - o əlavə edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Bu il Azərbaycana nə qədər elektromobil gətirilib?

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Mourinyodan Arda Güler açıqlaması: “Dirsək atmadığını söylədi” – VİDEO

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

Şamaxıda azyaşlı bədbəxt hadisə nəticəsində həyatını itirdi

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

QHT nümayəndələri üçün KSM üzrə təlim keçirilib – FOTO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Narkotikin təsiri altında təhlükəli manevrlər edən sürücü həbs olundu – VİDEO

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Azərbaycanın reklam bazarı hara yuvarlanır: 28 illik təcrübəsi olan insayderdən diaqnoz

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Rusiyada hərbçilərin pullarını mənimsəyən 13 nəfərlik dəstə saxlanıldı – VİDEO

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Azərbaycandan Ermənistana bu il ixrac olunan MALIN DƏYƏRİ

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

Hərbi qulluqçumuz mürəkkəb ürək əməliyyatı keçirdi – VİDEO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

WhatsApp-dan yeni funksiya: Tətbiqi olmayanlar da zənglərə qoşula biləcək - FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Bu şəxslərin pensiyaları aylıq əlavələr ilə artırılacaq – FOTO

Payızın əvvəlində immunitet üçün ən FAYDALI QİDALAR

Payızın əvvəlində immunitet üçün ən FAYDALI QİDALAR

2 il burnunda gilas tumu ilə gəzib – VİDEO

2 il burnunda gilas tumu ilə gəzib – VİDEO

Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Avropa üç kritik sahədə ABŞ-ı əvəz etməyə qadir deyil – “The Economist”

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Azərbaycan bu il nə qədər təbii qaz ixrac edib?

Yol Polisindən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT

Yol Polisindən küləkli hava ilə bağlı sürücülərə MÜRACİƏT

Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO

Xırdalan sakinlərinə ŞAD XƏBƏR – Yeni yollar çəkiləcək – VİDEO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

18 yaşlı şahmatçımız beynəlxalq turnirdə QALİB OLDU – FOTO

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Azərbaycanın neft ixracından qazancı 13 % artıb

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Sindi Krouforddan mərhum oğlunun xatirəsinə ürəkdağlayan paylaşım – FOTO

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

Baboşların, vəlizarların qurbanına çevrilən gənclərimiz...

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi

Bu xəstəxanaya baş həkim təyin edildi – 11 gün əvvəl direktor müavini bıçaqlanmışdı

Bu xəstəxanaya baş həkim təyin edildi – 11 gün əvvəl direktor müavini bıçaqlanmışdı

End of content

No more pages to load

RADİO