Müğənni Tacir Şahmalıoğlu xəstəliyinə görə arıqladığı dövrə aid fotolarının sosial şəbəkələrdə yayılmasına etiraz edib.
Bizim.Media xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə paylaşdığı videoda deyib.
O, həmin fotoları yaymamağı xahiş edib:
“Mənimlə bağlı bu lazımsız şəkilləri davamlı olaraq sosial şəbəkədə yaymağı yığışdırın. Bu məsələni başqa yollarla da həll edə bilərəm. Bu, köhnə şəkildir, bir az arıqlamışdım. İndi şükür Allaha, düzəlirəm. Belə dayaz təfəkkürlü işlərdən əl çəkin. Mən xəstələnmişdim, azca arıqlamışdım. İndi də şükür Allaha ki, hər şey öz qaydasındadır.
Davamlı olaraq “Allah rəhmət eləsin” yazırsınız. Əlbəttə ki, Allah hər birimizə rəhm eləsin. Rəhmət diriyə də var. Amma bir az düzgün danışın. Harada bir pis şəkil var, onu qoyub camaatın ürəyini bulandırmayın. Çox xahiş edirəm, götürün o şəkilləri. Mənim indiki halım budur. Baxa bilərsiniz, hələ də yaxşılaşmağa doğru gedirəm”. (axsam.az)
Bizim.Media