ABŞ-nin vitse-prezidenti Cey Di Vens Amerika iş yerlərini xaricə köçürən və yerli işçiləri qeyri-qanuni miqrantlarla əvəz etməyə çalışan şirkətlərin yüksək gömrük rüsumları ilə üzləşəcəyini bildirib.
Bizim.Media xəbər verir ki, Vens bu barədə danışarkən Amerika istehsalını ölkə xaricinə köçürən şirkətlərə qarşı sərt tədbirlərin görüləcəyini vurğulayıb.
“Əgər Amerika iş yerlərini xaricə köçürürsünüzsə, xarici korporasiyanın istehsalını başqa ölkəyə daşımağa çalışırsınızsa və ya amerikalı işçiləri qeyri-qanuni miqrantlarla əvəz edirsinizsə, sizi çox yüksək gömrük rüsumları gözləyir”, – deyə Vens bildirib.
Bizim.Media