İspaniya və Yunanıstan istismar müddəti başa çatmaq üzrə olan “Patriot” hava hücumundan müdafiə raketlərini Ukraynaya təhvil vermək istəmir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” nəşri yazıb.
Məlumata görə, NATO və Avropa İttifaqının rəsmiləri Afina və Madridi istismar müddəti bitmək üzrə olan PAC-2 raketlərini Kiyevə verməyə inandırmağa çalışıblar.
Yunanıstanın ən azı 200 ədəd “Patriot PAC-2” raketinə sahib olduğu bildirilir. Həmin raketlərin 23 illik istismar müddəti başa çatmaq üzrədir. İspaniyanın ehtiyatında neçə raketin olduğu isə məlum deyil.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, ölkəsinə Rusiyanın qış hücumlarına tab gətirmək üçün 300–360 ədəd “Patriot” raket-interseptoru lazımdır.
Bizim.Media