Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzər dənizi beş ölkəni birləşdirən, həmçinin regional iqtisadiyyatın, nəqliyyat əlaqələrinin və enerji təhlükəsizliyinin mühüm tərkib hissəsi olan strateji su hövzəsidir. Lakin dənizin səviyyəsinin düşməsi sahilyanı dövlətlər qarşısında bu imkanlarla bağlı, eləcə də ciddi ekoloji və iqtisadi çağırışlar yaradır. Sahil xəttinin dəyişməsi, ekosistemlərə təsir, limanların və nəqliyyat infrastrukturunun fəaliyyətində yarana biləcək çətinliklər problemin regional miqyasını daha da artırır.

Xəzər dənizinin səviyyəsinin enməsinə təsir edən amillərin bütün kompleksinin müəyyənləşdirilməməsi və vəziyyətin gələcək inkişafının obyektiv elmi qiymətləndirilməməsi qarşıdakı illərdə risklərin idarə olunmasını çətinləşdirə bilər. Xəzərin qorunması isə Xəzəryanı dövlətlərin birgə məsuliyyətini, elmi əsaslı qərarları və davamlı əməkdaşlığı zəruri edir.

Volqa çayı: Xəzərin su balansının əsas mənbəyi

Xəzər dənizinin səviyyəsinin azalmasının səbəbləri araşdırılarkən Volqa çayının axınında baş verən dəyişikliklər xüsusi diqqət mərkəzində olmalıdır. Volqa Xəzərə tökülən ən böyük çaydır və dənizə çaylar vasitəsilə tökülən suyun əsas hissəsini təmin edir. Müxtəlif qiymətləndirmələrdə bu payın təxminən 80 faiz olduğu göstərilir. Bu göstərici Volqanın axımında baş verən dəyişikliklərin Xəzərin su balansı üçün nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir. Belə bir şəraitdə Volqanın axınında azalma və ya çayın su rejimində dəyişikliklər Xəzərə daxil olan suyun həcminə mümkün təsirləri baxımından diqqətlə araşdırılmalıdır.
 

Çayın üzərində su anbarlarının və bəndlərin mövcudluğu, eləcə də suvarma və digər təsərrüfat məqsədləri üçün su ehtiyatlarından istifadə bu araşdırmanın mühüm istiqamətləridir. Volqanın illər üzrə axım göstəriciləri, su anbarlarının iş rejimi, çaydan götürülən suyun həcmi, yağıntılar, temperatur və buxarlanma barədə məlumatlar birlikdə təhlil edilməlidir.



Çayın axımında baş verən dəyişikliklərin dənizin səviyyəsinə təsiri sahilyanı dövlətlərin ortaq maraqlarına toxunur. Buna görə su balansına təsir edən amillərin araşdırılması və elmi nəticələrin paylaşılması regional əməkdaşlığın vacib istiqaməti olmalıdır.

Prezident İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışında Xəzərin səviyyəsinin azalmasının yalnız iqlim dəyişmələri ilə bağlı olmadığını bildirib. Dövlətimizin başçısının sözlərinə görə, əsas səbəblərdən biri çayın axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir.

Bu mövqe problemin araşdırılmasında çay axınlarının və insan fəaliyyətinin təsirinin ayrıca qiymətləndirilməsinin əhəmiyyətini göstərir.

30 min hektar quru ərazi: Dayazlaşmanın Azərbaycanda görünən nəticəsi

Xəzər dənizinin səviyyəsinin enməsi sahilyanı ərazilərdə artıq nəzərəçarpan dəyişikliklərə səbəb olur. Xəzərin Azərbaycan sektorunda suyun geri çəkilməsi nəticəsində təxminən 30 min hektar quru ərazinin yaranması problemin ölkəmiz üçün də aktual olduğunu göstərir.

 

Dənizin səviyyəsindəki dəyişikliklər sahil xəttinə, sahilyanı ekosistemlərə, limanların və digər infrastruktur obyektlərinin fəaliyyətinə, eləcə də iqtisadi fəaliyyət sahələrinə təsir göstərir. Həmin prosesin davam etməsi təbii mühitin qorunması ilə yanaşı, sahilyanı ərazilərin planlaşdırılması və infrastrukturun gələcək dəyişikliklərə uyğunlaşdırılması məsələlərini də gündəmə gətirir.



Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dənizin səthinin ümumi sahəsinin 20 min kvadratkilometrdən çox azalması problemin miqyasını göstərir. Mövcud tendensiyanın davam etməsi ciddi ekoloji və sosial-iqtisadi fəsadlar yarada bilər.

Buna görə də Xəzərin səviyyəsindəki dəyişikliklərin yalnız hazırkı nəticələrini deyil, gələcəkdə sahilyanı ərazilərə, təbii ekosistemlərə və iqtisadi infrastruktura göstərə biləcəyi təsirləri də əvvəlcədən qiymətləndirmək vacibdir. Uzunmüddətli proqnozlar əsasında hazırlanacaq tədbirlər risklərin azaldılmasına və mümkün nəticələrə vaxtında hazırlaşmağa imkan verə bilər.


 

Azərbaycanın təşəbbüsləri: Müzakirələrdən fəaliyyətə

Azərbaycan Xəzər dənizinin qorunması və səviyyəsinin azalması probleminin araşdırılması məsələsini mütəmadi olaraq beynəlxalq əməkdaşlığın mühüm istiqamətlərindən biri kimi gündəmə gətirir.

 

Prezident İlham Əliyev hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində dənizin dayazlaşmasının səbəblərini müəyyənləşdirmək və səviyyənin daha da azalmasının qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qruplarının yaradılmasını təklif etmişdi.



Sonrakı illərdə müşahidə olunan dəyişikliklər bu təşəbbüsün aktuallığını bir daha təsdiqləyib.Xəzərin səviyyəsinin azalması kimi mürəkkəb problemin həlli üçün Xəzəryanı dövlətlərin səylərinin əlaqələndirilməsi, ortaq elmi yanaşmaların hazırlanması və müntəzəm məlumat mübadiləsinin təmin olunması zəruridir.

Prezident İlham Əliyev Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışında problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməyin vacibliyini vurğulayıb. Belə bir mexanizm Xəzərin səviyyəsinin dəyişməsinə təsir edən amillərin birgə araşdırılmasına, elmi məlumatların müqayisəsinə, mümkün ssenarilərin qiymətləndirilməsinə və razılaşdırılmış tədbirlərin icrasına nəzarətə şərait yarada bilər. Azərbaycanın irəli sürdüyü təşəbbüslərin əsas əhəmiyyəti də problemin müzakirə səviyyəsində qalmasının qarşısını almaq və əməkdaşlığı konkret nəticələrə yönəltməkdir.

Qeyd edək ki, artıq Qazaxıstan Xəzər dənizinin dayazlaşması ilə bağlı baş nazirlərin müavinləri səviyyəsində Hökumətlərarası Komissiyanın yaradılması barədə Azərbaycanın təklifini dəstəkləyir.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər Ekoloji Sammitində bildirib.Dövlət başçısı, həmçinin Xəzəryanı dövlətlərin Qazaxıstanın Xəzər dənizinin su ehtiyatlarının qorunması üzrə Dövlətlərarası Proqramın hazırlanması təklifini təsdiqlədiklərini bildirib. Tokayevin sözlərinə görə, görülən tədbirlər hələ də kifayət deyil. Buna görə də Xəzərin dayazlaşmasının nəticələrinin yumşaldılması, iqtisadiyyatların və ekosistemlərin baş verən dəyişikliklərə uyğunlaşdırılması üçün razılaşdırılmış fəaliyyətə keçmək lazımdır.

Hüquqi baza və Xəzəryanı dövlətlərin ortaq məsuliyyəti

Xəzər dənizinin qorunması yalnız ekoloji məsələ deyil, həm də Xəzəryanı dövlətlərin qarşılıqlı əməkdaşlığını tələb edən regional çağırışdır. Dənizin strateji və iqtisadi əhəmiyyəti getdikcə artır, onun üzərindən nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr həyata keçirilir.

Buna görə də Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması bütün sahilyanı ölkələrin maraqlarına uyğundur.

Prezident İlham Əliyevin vurğuladığı kimi, ötən illər ərzində Xəzəryanı ölkələr tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya tarixi əhəmiyyətə malikdir.

Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir. Bununla yanaşı, dənizin səviyyəsinin azalması kimi yeni və mürəkkəb problemlər mövcud hüquqi çərçivənin praktiki əməkdaşlıq mexanizmləri ilə tamamlanmasını zəruri edir.


Problemin həlli üçün ilk növbədə dənizin səviyyəsinə təsir edən bütün amillər müəyyənləşdirilməli, onların hər birinin rolu elmi əsaslarla qiymətləndirilməlidir. Eyni zamanda, gələcək dəyişikliklərin mümkün nəticələri araşdırılmalı və həmin proqnozlar hazırda qəbul edilən qərarlarda nəzərə alınmalıdır. Çay axınlarının, iqlim göstəricilərinin və antropogen təsirlərin sistemli monitorinqi Xəzərin su balansında baş verən dəyişiklikləri daha dolğun anlamağa kömək edə bilər.

Xəzər dənizinin qorunması üçün möhkəm beynəlxalq hüquqi və institusional baza formalaşdırılmalıdır. Xəzəryanı dövlətlərin birgə fəaliyyəti, su ehtiyatlarından səmərəli istifadə və antropogen təsirlərin azaldılması istiqamətində konkret öhdəliklər və işlək əməkdaşlıq mexanizmləri müəyyən edilməlidir. Həmin mexanizmlər dənizin səviyyəsindəki dəyişikliklərin müntəzəm monitorinqini, onların səbəblərinin elmi əsaslarla araşdırılmasını və qəbul olunan qərarların icrasına nəzarəti əhatə etməlidir.

 

Azərbaycanın irəli sürdüyü təşəbbüslərin də əsas məqsədi müzakirələrdən konkret nəticələrə keçmək, Xəzərin ekosisteminin qorunması naminə Xəzəryanı ölkələrin səylərini əlaqələndirməkdir. Xəzər dənizinin qorunması ayrı-ayrı ölkələrin deyil, bütün regionun ortaq məsuliyyətidir.


Prezident İlham Əliyevin Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasındakı çıxışının sonunda dediyi kimi: “Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq”. (Mənbə: AZƏRTAC)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Netanyahu ABŞ-yə BCM ilə bağlı qərarına görə TƏŞƏKKÜR ETDİ

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Süni intellektlə bağlı böyük FƏLAKƏT gözlənilir – Şirkətlər hərəkətə keçdi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Paşinyanın Zeynəbin mahnısı ilə bağlı paylaşımına açıqlama verildi

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Tramp demokratları tənqid etdi: “Hər yerdən marixuana iyi gəlir”

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Kubokda 29 ildən sonra rekord TƏKRARLANDI

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Cəlilabadda 18 kilometrlik avtomobil yolu QURULUR

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

Peskov: “Rusiya vətəndaşlarının Avropaya səfəri hazırda təhlükəlidir”

End of content

No more pages to load

RADİO