Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Nazirlər Kabineti “Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament”i təsdiqləyib.

Bizim.Media xəbər verir ki, yeni reqlament Azərbaycanda oyuncaqların istehsalı, idxalı və satışa çıxarılması ilə bağlı bir sıra məcburi tələblər müəyyən edir.

Məqsəd uşaqlar üçün nəzərdə tutulan məhsulların sağlamlıq və təhlükəsizlik baxımından mümkün risklərini minimuma endirməkdir. Yeni qaydalara əsasən, oyuncaq uşağın yaşına və nəzərdə tutulan istifadəsinə uyğun olmalı, normal və proqnozlaşdırılan istifadə zamanı onun həyat və sağlamlığı üçün təhlükə yaratmamalıdır. Tələblər məhsulun konstruksiyasından və istifadə olunan materiallardan tutmuş kimyəvi tərkibinə, elektrik təhlükəsizliyinə və yanğın riskinə qədər geniş sahəni əhatə edir.

 

Xüsusilə 3 yaşadək uşaqlar üçün nəzərdə tutulan oyuncaqlara daha sərt tələblər qoyulur. Belə məhsullarda uşağın tənəffüs yollarına düşə biləcək kiçik və asanlıqla çıxarılan hissələrə yol verilmir. Yumşaq oyuncaqların tikişləri möhkəm olmalı, onların daxilində iti və sərt yad cisimlər olmamalıdır. 3 yaşadək uşaqlar üçün nəzərdə tutulan bəzi oyuncaqlarda təbii xəz və təbii dəri, şüşə və farfor, həmçinin müəyyən xırda doldurucuların istifadəsi qadağan edilir. Bu məhsulların hazırlanmasında təkrar emal edilmiş xammaldan istifadəyə də yol verilmir.

 

Oyuncaqların konstruksiyası uşağın xəsarət almasına səbəb ola biləcək iti kənar və uclardan qorunmalıdır. Hərəkətli hissələr, yaylar, kəndirlər, zəncirlər və digər elementlər uşağın barmaqlarının və ya bədəninin hər hansı hissəsinin sıxılması riskini yaratmamalıdır. Uşağın çəkisini daşıyan və ya sürülən oyuncaqlar isə kifayət qədər möhkəm və dayanıqlı olmalıdır. Kiçik hissələrin uşağın tənəffüs yollarına düşməsi və boğulma riski də ayrıca nəzərə alınır. Qida məhsulları ilə birlikdə satılan və ya qidaya yerləşdirilən oyuncaqlar xüsusi təhlükəsizlik tələblərinə cavab verməlidir. Uşağın daxil ola bildiyi qapalı oyuncaqlarda isə içəridən açıla bilən çıxış və lazımi havalandırma imkanları olmalıdır.

Elektrikli oyuncaqlarla bağlı da konkret məhdudiyyət müəyyənləşdirilib. Belə oyuncaqların nominal gərginliyi 24 voltdan çox ola bilməz. Elektrik enerjisi ilə təmasda ola biləcək hissələr uşağın elektrik cərəyanı vurmasından qorunmalı, naqil və kabellər lazımi qaydada izolyasiya edilməlidir. Oyuncaqlarda lazer şüalanma sistemlərindən istifadəyə isə icazə verilmir. Digər işıqlandırma elementləri də uşağın görmə qabiliyyətinə zərər verəcək səviyyədə şüalanma yaratmamalıdır.

Kimyəvi təhlükəsizlik də yeni tələblərin əsas istiqamətlərindəndir. Oyuncağın tərkibindəki maddələr istifadə zamanı uşağın dərisinə, gözlərinə, tənəffüs yollarına və həzm sisteminə keçərək sağlamlıq üçün təhlükə yaratmamalıdır. Müəyyən kimyəvi maddələrin istifadəsinə və onların yol verilən miqdarına dair məhdudiyyətlər müəyyən edilir. Maqnitli oyuncaqlar da xüsusi nəzarətdə olacaq. Oyuncaqdan ayrıla bilən maqnit və maqnit elementləri uşağın onları udması nəticəsində ciddi sağlamlıq riski yaratmamalıdır.

 

Yanğın təhlükəsizliyi ilə bağlı da tələblər müəyyən edilir. Yumşaq oyuncaqlar, karnaval kostyumları və uşağın daxil ola bildiyi digər məhsulların materialları yanğın təhlükəsizliyi tələblərinə cavab verməlidir. Partlayış və ya təhlükəli alışma riski yarada biləcək maddə və komponentlərə də məhdudiyyət qoyulur.

 

Bundan əlavə, uşaq oyuncaqlarının üzərində və ya qablaşdırılmasında istifadə və təhlükəsizlik qaydaları, xəbərdarlıqlar və digər zəruri məlumatlar Azərbaycan Respublikasının dövlət dilində təqdim ediləcək.

Oyuncaqlar bazara çıxarılmazdan əvvəl reqlamentə uyğunluğu qiymətləndiriləcək. Məhsullar müəyyən edilmiş təhlükəsizlik tələblərinə cavab verməli, uyğunluğu müvafiq qaydada akkreditasiya olunmuş uyğunluğu qiymətləndirən qurum tərəfindən təsdiqlənməlidir. Tələblərə cavab verən oyuncaqlar uyğunluq nişanı ilə markalanmalıdır.

Bu isə o deməkdir ki, istehsalçı və idxalçılar üçün yalnız məhsulu istehsal etmək və ya xaricdən Azərbaycana gətirmək kifayət etməyəcək. Onlar oyuncağın texniki reqlamentə uyğunluğunu, təhlükəsizlik göstəricilərini, markalanmasını və tələb olunan sənədlərini təmin etməlidirlər.

Qeyd edək ki, qərar 6 aydan sonra qüvvəyə minəcək.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO

Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO

DTX-dən xarici təsirlərə məruz qalan insan qalıqları ilə bağlı AÇIQLAMA

DTX-dən xarici təsirlərə məruz qalan insan qalıqları ilə bağlı AÇIQLAMA

Prezidentin Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışından TARİXİ MESAJLAR

Prezidentin Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışından TARİXİ MESAJLAR

Qırğızıstanın keçmiş prezidentinin oğlu HƏBS EDİLDİ

Qırğızıstanın keçmiş prezidentinin oğlu HƏBS EDİLDİ

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Dünyaşöhrətli səyahətçilərin növbəti məkanı İSA BULAĞI - FOTO

Dünyaşöhrətli səyahətçilərin növbəti məkanı İSA BULAĞI - FOTO

Paytaxtda daha üç marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Paytaxtda daha üç marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Xarici səyyahlar Azıx mağarasını ziyarət etdilər - FOTO

Xarici səyyahlar Azıx mağarasını ziyarət etdilər - FOTO

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı - 3 nəfər axtarılır - VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı - 3 nəfər axtarılır - VİDEO

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş

Bu sürücülər cərimə edilməyəcək

Bu sürücülər cərimə edilməyəcək

Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyanat – TAM MƏTN

Dövlət Başçılarının 8-ci Məşvərət Görüşünün yekunlarına dair Birgə Bəyanat – TAM MƏTN

Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Oyuncaqlarla bağlı SƏRT TƏLƏBLƏR – Nələrin satışına icazə verilməyəcək?

Paşinyandan Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi ilə bağlı xəbərdarlığına REAKSİYA

Paşinyandan Medvedevin Ermənistanın “yeni Ukrayna”ya çevrilməsi ilə bağlı xəbərdarlığına REAKSİYA

Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

İşdən çıxarıldı: baş həkimin müavinini bıçaqladı

İşdən çıxarıldı: baş həkimin müavinini bıçaqladı

End of content

No more pages to load

RADİO