Britaniya Antarktika Tədqiqatları Mərkəzinin (BAS) apardığı araşdırmaya görə, Antarktika yaxınlığındakı Zavodovski adasında yaşayan çənəqayışlı pinqvinlərin populyasiyası 2011–2025-ci illər arasında 63% azalaraq 1,09 milyondan 402 minə düşüb. Bu isə 680 mindən çox pinqvinin itməsi deməkdir.
Bizim.Media xəbər verir ki, tədqiqatçılar populyasiyanın azalmasını pinqvinlərin əsas qidası olan Antarktika krillərinin (Uzunluğu təxminən 6 santimetrə, çəkisi isə 2 qrama qədər çatan kiçik canlı.
Onlar pinqvinlərin, balinaların, suitilərin, dəniz quşlarının və digər yırtıcıların əsas qida mənbəyidir) mövcudluğuna mənfi təsir edən dəyişikliklərlə əlaqələndiriblər.
Pilotsuz uçuş aparatları, peyk müşahidələri və izləmə cihazları vasitəsilə quşların adanın şimal-qərbindəki daha soyuq sularda qidalanmağa üstünlük verdiyi müəyyən edilib.
Bizim.Media