Aparıcı Aytən Səfərova gündəlik xərclər və insanların bahalı telefon almağa üstünlük verməsi barədə danışıb.
Bizim.Media xəbər verir ki, aparıcı bu sözləri “Xəbər ertəsi” proqramında səsləndirib.
A.Səfərova bildirib ki, insanlar bəzi xərclərdən narazılıq etsələr də, bahalı telefon almaqdan çəkinmirlər:
“Danışırıq ki, burada, orada xərcimiz çıxır. Amma bahalı telefon olan kimi qaçıb onu alırıq. Buradan deyirik işıqpulu 10 manat artıq yazıb. Buradan isə gedib 2 minə kreditə telefon alırıq”.
"Deyəndə bahalı telefona ehtiyac yoxdur, bizi qınadılar ki, o da onunla xoşbəxt olur. Bahalı telefonun harasındadır xoşbəxtlik? Hərənin öz işidir. Amma baxırsan ki, 300-400 manat maaş alır, gedib onu da kreditə ödəyir2, - deyə aparıcı Mehman Rəsulov əlavə edib.
Bizim.Media