Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi - FOTO

Sentyabrın 24-də Baş nazir Əli Əsədovun rəhbərliyi və Hökumət üzvlərinin iştirakı ilə "Azərbaycan Respublikasının 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "Azərbaycan Respublikasının 2027-ci il və növbəti üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə həsr olunmuş geniş iclas keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.

Baş nazir Əli Əsədov iclasda çıxış edərək 2027-ci il dövlət və icmal büdcə layihələri, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və sosial-iqtisadi inkişaf proqnozlarının Nazirlər Kabinetinə təqdim edildiyini bildirib.

Qeyd olunub ki, 2027-2030-cu illəri əhatə edən növbəti ortamüddətli dövr regionda cərəyan edən geosiyasi-iqtisadi proseslər və qlobal inkişaf meylləri fonunda ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Bildirilib ki, qarşıdakı dövrdə maliyyə resurslarının əsas prioritetlər üzrə düzgün istiqamətləndirilməsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması əsas vəzifələrdən olacaq.
 

Əsədov qeyd edib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" və "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur. Onun sözlərinə görə, 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiyanın və Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri hazırlanıb, İqtisadi Şurada geniş müzakirə olunaraq Azərbaycan Prezidentinə təqdim edilib.


İclasda bildirilib ki, 2022-ci ildən 2026-cı ilin gözlənilən artım templəri nəzərə alınmaqla qeyri-neft-qaz sektorunun orta illik artım tempinin 5.1% olacağı gözlənilir.

Qeyd olunub ki, 2026-cı ilin yanvar-avqust aylarında ÜDM real ifadədə 1.2% artıb. Bu dövrdə qeyri-neft-qaz ÜDM-nin real artımı 2.1%, neft-qaz ÜDM-də isə 0.8% azalma qeydə alınıb. Əsas kapitala yönəldilmiş investisiyalar 10% artıb.

Hazırda Azərbaycanın strateji valyuta ehtiyatlarının təxminən 91 milyard dollar təşkil etdiyi bildirilib. Bu göstəricinin xarici dövlət borcunu təxminən 20 dəfə üstələdiyi qeyd olunub.

Birbaşa xarici dövlət borcunun sentyabrın 1-nə 4.5 milyard dollar olduğu və proqnozlaşdırılan ÜDM-in 5.6%-ni təşkil etdiyi bildirilib. 2026-cı ilin ilk səkkiz ayında xarici ticarət balansının müsbət saldosunun 10 milyard dollardan çox olduğu qeyd edilib.

Bildirilib ki, 2026-cı ilin səkkiz ayında illik inflyasiya 5.7% təşkil edib. Növbəti ildə orta illik inflyasiyanın 5.3%-ə düşəcəyi və hədəf diapazonunda olacağı proqnozlaşdırılır.
 

2027-2030-cu illərdə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri dayanıqlı iqtisadi artımın dəstəklənməsi, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi, müdafiə və milli təhlükəsizliyin gücləndirilməsi, sosial müdafiə və sosial təminat tədbirlərinin davam etdirilməsi, rəqəmsal inkişaf və süni intellektin tətbiqinin sürətləndirilməsi, təhsil və innovativ inkişafın dəstəklənməsi, səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, eləcə də təmiz ətraf mühit və "yaşıl artım"ın təmin olunmasıdır.


2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı proqnozlaşdırılır. Dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 2.2% təşkil edəcək.

Makroiqtisadi proqnozlara əsasən, 2027-ci ildə ÜDM-in 2.7% artaraq 141 milyard manata çatacağı, qeyri-neft sektorunda isə 4.4%-lik real artım olacağı gözlənilir.

Qeyri-neft sektorunun ÜDM-də payının 2026-cı ilin sonuna gözlənilən 72,5%-dən 2030-cu ilin sonuna 82%-ə yüksəldilməsi hədəflənir.

2027-ci ilin dövlət büdcəsində sosialyönlü xərclərin ümumi büdcə xərclərində payının 44% olacağı proqnozlaşdırılır.

Növbəti ilin dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 8.8 milyard manat təşkil edəcəyi bildirilir. Bu, ümumi büdcə xərclərinin 21%-nə bərabərdir.

İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün 2020-ci ildən 2026-cı il də daxil olmaqla dövlət büdcəsindən ümumilikdə 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə bu məqsədlə 3.4 milyard manat vəsait nəzərdə tutulub.
 

Bildirilib ki, Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə 47 yaşayış məntəqəsinə, o cümlədən 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda həmin ərazilərdə 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır.


İclasda, həmçinin 2025-ci ildə və 2026-cı ilin ötən dövründə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi və turizm sahələrini əhatə edən dövlət proqramlarının qəbul edildiyi bildirilib.

Qeyd olunub ki, sentyabrın 22-də "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı" qəbul edilib.

Proqram çərçivəsində metallurgiya sənayesinin dayanıqlı inkişafının təmin edilməsi, yüksək əlavə dəyər yaradan istehsalın və ixrac potensialının genişləndirilməsi, qeyri-neft sənayesinin rəqabət qabiliyyətinin artırılması və yeni iş yerlərinin yaradılması əsas istiqamətlər kimi müəyyənləşdirilib.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən müəmmalı tikililərindən biri bu rayonumuzdadır – Necə tikildiyi bəlli deyil: TOPONİMLƏR

Dünyanın ən müəmmalı tikililərindən biri bu rayonumuzdadır – Necə tikildiyi bəlli deyil: TOPONİMLƏR

"İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" – VİDEO

"İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" – VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirildi - FOTO/VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirildi - FOTO/VİDEO

Bakının Formula 1 qalibləri - TAM SİYAHI

Bakının Formula 1 qalibləri - TAM SİYAHI

Tanınmış futbolçunun ayaqqabısının dodaq uçuqladan qiyməti - FOTO

Tanınmış futbolçunun ayaqqabısının dodaq uçuqladan qiyməti - FOTO

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi - FOTO

Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi - FOTO

Kamran Əsədov vəkilini dəyişdi - Vaxt istənildi

Kamran Əsədov vəkilini dəyişdi - Vaxt istənildi

“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır -FOTO/VİDEO

“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır -FOTO/VİDEO

Üç ölkənin ordusu şərti terrorçuları məhv etdi - "Birliyin Gücü – 2026” təlimindən görüntülər – FOTO/VİDEO

Üç ölkənin ordusu şərti terrorçuları məhv etdi - "Birliyin Gücü – 2026” təlimindən görüntülər – FOTO/VİDEO

Ceyhun Bayramov Mihai Popşoyla görüşdü - FOTO

Ceyhun Bayramov Mihai Popşoyla görüşdü - FOTO

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Qazaxıstanda ümummilli MATƏM elan olundu

Qazaxıstanda ümummilli MATƏM elan olundu

Xırdalanda qıza görə DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Xırdalanda qıza görə DAVA: Dostunu bıçaqladı, sonra ağladı

"20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq YENİLİK - FOTO

"20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq YENİLİK - FOTO

Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq - FOTO

Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq - FOTO

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına AYDINLIQ GƏTİRİLDİ

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına AYDINLIQ GƏTİRİLDİ

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ

Uşaqlıqda formalaşan bu vərdiş beyni dəyişdirir - Xəstəliklərin qarşısını alır

Uşaqlıqda formalaşan bu vərdiş beyni dəyişdirir - Xəstəliklərin qarşısını alır

2027-ci il üçün dünyanın ən yaxşı istirahət məkanları açıqlandı

2027-ci il üçün dünyanın ən yaxşı istirahət məkanları açıqlandı

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO

Formula 1 zamanı klassik avtomobillərin sərgisi keçirilir – FOTO

Formula 1 zamanı klassik avtomobillərin sərgisi keçirilir – FOTO

End of content

No more pages to load

RADİO