“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır -FOTO/VİDEO

“Euronews” Alban-Udi xristianlarının Azərbaycanın Qarabağ bölgəsində dini ayinləri barədə videoçarx yayımlayıb.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, videoçarxda Alban-Udi icmasının Ağdərə rayonunun Vəngli kəndi yaxınlığında yerləşən Gəncəsər Monastırında keçirdiyi dini ayindən görüntülər təqdim olunub.

Videoçarxda qeyd olunur ki, Azərbaycanın Udi xristianları Qarabağın tarixi xristian məkanlarında əsrlərdir davam edən ziyarət və dua ənənəsini yaşatmaqda davam edirlər.
 

Bildirilir ki, Udi icmasının əsas hissəsi Qəbələ rayonunun Nic kəndində yaşayır. Materialda Gəncəsər Monastırının əsas kilsəsinin Həsən-Cəlal Dövlənin hakimiyyəti dövründə 1216–1238-ci illərdə inşa edildiyi qeyd olunur. Videoçarxda Alban-Udi Xristian İcmasının sədr müavini Rafiq Danakarinin fikirlərinə də yer verilib.


“Bu gün müstəqilliyimizin əldə olunması sayəsində müqəddəs atalarımız tərəfindən tikilmiş monastırdayıq. Biz tariximizlə fəxr edirik”, – Rafiq Danakari bildirib.

“Euronews” qeyd edir ki, Udi zəvvarları üçün Gəncəsərə qayıdış həm də dərin tarixi əlaqənin bərpası deməkdir. Materialda dini ayinin Udi dilində keçirilməsinin də xüsusi əhəmiyyət daşıdığı vurğulanır.

Videoçarxda Alban-Udi icmasının Qarabağdakı digər tarixi xristian məkanlarına da ziyarətlər etdiyi bildirilir. Bunlar arasında Kəlbəcər rayonunda yerləşən Xudavəng, Laçın rayonundakı Ağoğlan və Xocavənd rayonundakı Amaras monastırlarının adı çəkilir.
 

Materialda Azərbaycanın dünyəvi ölkə olduğu, əhalisinin böyük əksəriyyətinin müsəlmanlardan ibarət olduğu, bununla yanaşı, xristianların, yəhudilərin və digər dini icmaların da ölkənin dini və mədəni mənzərəsinin bir hissəsini təşkil etdiyi qeyd olunur.


“Euronews” həmçinin müasir Azərbaycan ərazisində xristianlığın qədim tarixə malik olduğunu bildirir. Videoçarxda Şəki yaxınlığındakı Kiş kilsəsi və Qəbələ rayonunun Nic kəndində Udi icmasının xristian dini ənənələrini davam etdirməsi bu tarixi irsin nümunələri kimi təqdim olunur.

“Euronews”un videoçarxında Qarabağdakı tarixi xristian məkanlarının qorunması və onların tarixi kimliyi məsələsinin bölgənin keçmişi ilə bağlı daha geniş müzakirələrin tərkib hissəsi olaraq qaldığı da vurğulanır.

Bizim.Media “Euronews”un videoçarxını təqdim edir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Dünyanın ən müəmmalı tikililərindən biri bu rayonumuzdadır – Necə tikildiyi bəlli deyil: TOPONİMLƏR

Dünyanın ən müəmmalı tikililərindən biri bu rayonumuzdadır – Necə tikildiyi bəlli deyil: TOPONİMLƏR

"İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" – VİDEO

"İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" – VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirildi - FOTO/VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri keçirildi - FOTO/VİDEO

Bakının Formula 1 qalibləri - TAM SİYAHI

Bakının Formula 1 qalibləri - TAM SİYAHI

Tanınmış futbolçunun ayaqqabısının dodaq uçuqladan qiyməti - FOTO

Tanınmış futbolçunun ayaqqabısının dodaq uçuqladan qiyməti - FOTO

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Bakıda övladlarından imtina edən kişi həbs olundu

Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi - FOTO

Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi - FOTO

Kamran Əsədov vəkilini dəyişdi - Vaxt istənildi

Kamran Əsədov vəkilini dəyişdi - Vaxt istənildi

“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır -FOTO/VİDEO

“Euronews”: Udi zəvvarları üçün Gəncəsər Monastırına qayıdış dərin tarixi əlaqənin bərpasıdır -FOTO/VİDEO

Üç ölkənin ordusu şərti terrorçuları məhv etdi - "Birliyin Gücü – 2026” təlimindən görüntülər – FOTO/VİDEO

Üç ölkənin ordusu şərti terrorçuları məhv etdi - "Birliyin Gücü – 2026” təlimindən görüntülər – FOTO/VİDEO

Ceyhun Bayramov Mihai Popşoyla görüşdü - FOTO

Ceyhun Bayramov Mihai Popşoyla görüşdü - FOTO

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Qazaxıstanda ümummilli MATƏM elan olundu

Qazaxıstanda ümummilli MATƏM elan olundu

Xırdalanda qıza görə DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Xırdalanda qıza görə DAVA: Dostunu bıçaqladı, sonra ağladı

"20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq YENİLİK - FOTO

"20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq YENİLİK - FOTO

Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq - FOTO

Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq - FOTO

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına AYDINLIQ GƏTİRİLDİ

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına AYDINLIQ GƏTİRİLDİ

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ

Uşaqlıqda formalaşan bu vərdiş beyni dəyişdirir - Xəstəliklərin qarşısını alır

Uşaqlıqda formalaşan bu vərdiş beyni dəyişdirir - Xəstəliklərin qarşısını alır

2027-ci il üçün dünyanın ən yaxşı istirahət məkanları açıqlandı

2027-ci il üçün dünyanın ən yaxşı istirahət məkanları açıqlandı

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO

Formula 1 zamanı klassik avtomobillərin sərgisi keçirilir – FOTO

Formula 1 zamanı klassik avtomobillərin sərgisi keçirilir – FOTO

End of content

No more pages to load

RADİO