Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına AYDINLIQ GƏTİRİLDİ

Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2026-cı il iyulun 14-də qəbul edilmiş “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib.

Bizim.Media “apa.az”a istinadla xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Azər Əmiraslanov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti innovasiya ekosistemi üzrə dövlət dəstəyinin və stimullaşdırıcı mexanizmlərin təkmilləşdirilməsi məqsədilə Milli Məclisin qəbul etdiyi qanuna bir sıra əhəmiyyətli və mütərəqqi xarakter daşıyan dəyişikliklər təklif edib.

Yeni redaksiyada qanunun əsas konsepti dəyişmir, hədəfləri olduğu kimi saxlanılır. Əsas məqsəd yenə də ölkəmizdə innovativ iqtisadiyyatın inkişafının sürətləndirilməsi və bu sahəyə özəl investisiyaların cəlb edilməsinin stimullaşdırılmasıdır.
 

Azərbaycan Respublikası Prezidentinin təklifləri qanunun ilkin məqsədini qorumaqla onun tətbiq mexanizmlərinin təkmilləşdirilməsinə xidmət edir. Belə ki, yeni dəyişikliklərdən sonra innovativ fəaliyyətə dövlət dəstəyi daha hədəfli, daha ünvanlı və nəticəyönümlü xarakter alır.


Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədova deyib ki, sənəddə rəqəmsal iqtisadiyyatın, İKT-nin, innovasiya ekosisteminin və startapların inkişafını yeni mərhələyə daşıyacaq genişmiqyaslı təkliflər təqdim edilib. Bu islahat qeyri-dövlət sektoruna aid edilən və dövlət payı 51 faizdən az olan özəl texnologiya subyektlərini əhatə etməklə, ölkənin texnoloji inkişafını sürətləndirməyi məqsəd qoyur.

Bildirilib ki, iri sahibkarlıq subyektlərinin bu böyük vergi güzəştlərindən yararlanmaları üçün onların ümumi gəlirlərində ixracın xüsusi çəkisinin olması və vəsaitlərin yerli banklara gətirilməsi şərti qoyulub. Bu yeni rejim 1 yanvar 2027-ci ildən sonra şəhadətnamə alan yeni rezidentlərə şamil ediləcək, mövcud rezidentlər isə fəaliyyətlərini cari hüquqi statusları çərçivəsində maneəsiz davam etdirəcəklər.

Vurğulanıb ki, bu təkliflər Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması, intellektual kapitalın ölkəyə cəlb olunması və yerli innovativ brendlərin dünya bazarına çıxışının genişləndirilməsi baxımından yeni imkanlar yaradır.
 

Sonra iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev sənəddəki güzəştlərin əsas məqamlarından danışıb, onların vahid sistem şəklində təqdim olunduğunu vurğulayıb. O, güzəştlərin uzun müddətə nəzərdə tutulmasının investisiya cəlbediciliyi və rəqabət imkanları baxımından əhəmiyyətini qeyd edib.


Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva sənəddə təklif olunan vergi təşviqlərinin subyektləri və onların əhatə dairəsi barədə məlumat verib.

İclasda yenilənmiş qanunun Azərbaycan Respublikası Prezidentinin təklif etdiyi dəyişikliklərlə qəbul edilməsi məqsədəuyğun hesab olunub, müvafiq qərar komitə üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ceyhun Bayramov Mihai Popşoyla görüşdü - FOTO

Ceyhun Bayramov Mihai Popşoyla görüşdü - FOTO

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ

Qazaxıstanda ümummilli MATƏM elan olundu

Qazaxıstanda ümummilli MATƏM elan olundu

Xırdalanda qıza görə DAVA: Dostunu bıçaqladı, sonra ağladı

Xırdalanda qıza görə DAVA: Dostunu bıçaqladı, sonra ağladı

"20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq YENİLİK - FOTO

"20 Yanvar" və "Şamaxinka" ərazisində sıxlığı aradan qaldıracaq YENİLİK - FOTO

Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq - FOTO

Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq - FOTO

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına AYDINLIQ GƏTİRİLDİ

Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına AYDINLIQ GƏTİRİLDİ

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ

Bakıda başlayan mübahisə Qusar meşəsində qətllə bitdi - VİDEOREPORTAJ

Uşaqlıqda formalaşan bu vərdiş beyni dəyişdirir - Xəstəliklərin qarşısını alır

Uşaqlıqda formalaşan bu vərdiş beyni dəyişdirir - Xəstəliklərin qarşısını alır

2027-ci il üçün dünyanın ən yaxşı istirahət məkanları açıqlandı

2027-ci il üçün dünyanın ən yaxşı istirahət məkanları açıqlandı

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Sabah Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu işə başlayır

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO

Polis "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib - FOTO/VİDEO

Formula 1 zamanı klassik avtomobillərin sərgisi keçirilir – FOTO

Formula 1 zamanı klassik avtomobillərin sərgisi keçirilir – FOTO

Rassell ikinci sərbəst yürüşdə də birinci oldu

Rassell ikinci sərbəst yürüşdə də birinci oldu

Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA

Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı AÇIQLANDI

Azad edilmiş ərazilərdə yaşayan əhalinin sayı AÇIQLANDI

3 qadın botoksdan sonra xəstəxanaya yerləşdirildi: Danışmaqda və görməkdə çətinlik çəkirlər – FOTO/VİDEO

3 qadın botoksdan sonra xəstəxanaya yerləşdirildi: Danışmaqda və görməkdə çətinlik çəkirlər – FOTO/VİDEO

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR Yeni yol nə vaxt açılır?

Strateji valyuta ehtiyatlarımızın həcmi AÇIQLANDI

Strateji valyuta ehtiyatlarımızın həcmi AÇIQLANDI

Güclü külək və yağışla bağlı daha bir XƏBƏRDARLIQ

Güclü külək və yağışla bağlı daha bir XƏBƏRDARLIQ

Səudiyyə Ərəbistanı Teslaya meydan oxudu: Gələcəyin möhtəşəm elektrik avtomobili – FOTO-VİDEO

Səudiyyə Ərəbistanı Teslaya meydan oxudu: Gələcəyin möhtəşəm elektrik avtomobili – FOTO-VİDEO

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək - FƏRMAN

End of content

No more pages to load

RADİO