Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi məqsədilə metronun “20 Yanvar” stansiyasının yaxınlığında, Sumqayıt istiqamətində hərəkət edən ekspres marşrutların başlanğıc məntəqəsində dayanacaq pavilyonu quraşdırılıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, pavilyonların quraşdırılması Moskva prospektində, “20 Yanvar” dairəsindən “Şamaxinka” adlanan əraziyə gedən yolda cib tipli dayanacaq məntəqəsində də həyata keçirilir. Ərazidə səki infrastrukturu təşkil edilməklə 4 pavilyon quraşdırılır.
Eyni zamanda, “Şamaxinka” adlanan ərazidə “20 Yanvar” metrostansiyası istiqamətində sərnişin axınının artımı nəzərə alınaraq mövcud 2 dayanacaq pavilyonunun yanında daha bir pavilyonun quraşdırılmasına başlanılıb.
Bununla da vətəndaşların rahatlığı üçün Moskva prospektində 6 yeni müasir dayanacaq təşkil edilir.


Bizim.Media