"Məxfi materiallar" serialının ulduzu Cillian Anderson gəncliyində qadınlarla münasibətlərdə olduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, "The Australian" qəzetinə müsahibə verən 58 yaşlı aktrisa bildirib ki, cinsəlliyə baxışları illər ərzində dəyişib və o, Netflix-in məşhur "Cinsi tərbiyə" serialındakı rolundan sonra bu mövzularda daha açıq olmağa başlayıb.
İndi kişi ilə münasibətdə olan aktrisa sentyabrın 15-də qadınların anonim seks fantaziyalarından bəhs edən "More: Sexual Fantasies by Anonymous" adlı yeni kitabını oxuculara təqdim etməyə hazırlaşır.
Bizim.Media