Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Sentyabrın 21-də Milli Məclisin İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyasında ilk iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, iclası açan komitə sədri Zahid Oruc yeni sessiyanın başlaması münasibətilə komitə üzvlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. 20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə ölkədə bayram əhval-ruhiyyəsinin yaşandığını bildirən komitə sədri Azərbaycanın müasir tarixində 20 sentyabrda baş vermiş əlamətdar hadisələrə diqqət çəkib. O, 20 sentyabr tarixinin həm dövlət suverenliyinin tam bərpasını simvolizə etdiyini, həm də müasir Azərbaycan dövlətçiliyində yeni mərhələnin başlanğıcı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Komitə sədri sonra İnsan hüquqları komitəsinin 2026-cı ilin yaz və növbədənkənar sessiyaları ərzində gördüyü işlər barədə hesabatı təqdim edib. O, bildirib ki, ötən sessiya ərzində 19 iclas keçirilib, 31 məsələyə baxılıb, komitədə 9 qanun layihəsi müzakirə olunub.

Bildirilib ki, yaz və növbədənkənar sessiyalar dövründə komitəyə 453 ərizə, məktub və digər müraciətlər daxil olub, onlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Komitə sədri deyib ki, ötən sessiya müddətində komitə sədri və üzvləri tərəfindən seçicilərlə mütəmadi görüşlər keçirilib, onların müraciətləri dinlənilib, qaldırılan məsələlərlə bağlı müvafiq işlər aparılıb. Bundan başqa, komitə sədri və üzvləri ölkənin ictimai-siyasi həyatında fəal iştirak ediblər.
 

Sonra İnsan hüquqları komitəsinin 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi barədə məlumat verilib. Qeyd edilib ki, qarşıdan gələn sessiyada komitəyə təqdim olunan qanun layihələrinin müzakirəsi, dezinformasiya və manipulyasiya texnologiyalarına qarşı hüquqi və institusional mexanizmlərin gücləndirilməsi və digər məsələlərə dair ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. Sənəddə, həmçinin inzibati qərarların icrası, əlilliyi olan şəxslərin xidmətlərə fiziki və rəqəmsal əlçatanlığı, şəhid ailələrinin və qazilərin sosial və hüquqi təminatları ilə bağlı məsələlər də əks olunub.


Gündəlikdəki qanun layihəsi ilə bağlı komitə sədri bildirib ki, “Dövlət xidmətləri haqqında” Azərbaycan Respublikasının 2025-ci il 31 oktyabr tarixli 279-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi uyğunlaşdırma xarakteri daşıyır və dövlət xidmətlərinin həyata keçirilməsinin səmərəli təşkili üçün mövcud normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Sənədlərin müzakirəsində komitənin sədr müavini Arzuxan Əlizadə, üzvləri Razi Nurullayev, Hikmət Məmmədov, Naqif Həmzəyev, Sevil Mikayılova, Azər Allahverənov, Səyyad Aran, Vüqar Rəhimzadə, Elman Nəsirov, Mircəlil Qasımlı çıxış edərək dövlət xidmətlərinə əlçatanlığın artırılması, icbari tibbi sığorta sisteminin tətbiqində özəl tibb müəssisələrinin imkanlarından istifadənin genişləndirilməsi, şəhid ailələrinin, eləcə də digər vətəndaşların sosial müdafiəsi, regionların sosial-iqtisadi və investisiya baxımından cəlbediciliyinin artırılması, paytaxtda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi kimi məsələlərlə bağlı fikir və təkliflərini bildiriblər.

İclasın sonunda ötən iki sessiyada komitədə görülmüş işlər qənaətbəxş hesab olunub, 2026-cı ilin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib, gündəlikdəki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

Tədbirdə deputat Bəhruz Məhərrəmov və digər rəsmi şəxslər iştirak ediblər.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

ABŞ 25 min miqrantı gizli şəkildə deportasiya edib - KİV

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

Ekspert xəbərdarlıq etdi: “ChatGPT”yə bunları yazmayın

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Sabah"ın dörd böyük oyunu üçün biletlər satışda - QİYMƏTİ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

"Amerikada bir ay konsert verdik, bizə 100 dollar pul verdilər" - Alim Qasımovla MÜSAHİBƏ

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Azərbaycanda 20 ildə bu məktəblərin sayı azalıb – STATİSTİKA

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Milli Məclisin İnsan hüquqları komitəsində payız sessiyasının ilk iclası keçirildi – FOTO

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Bakı-Ələt-Astara yolundakı yanğın söndürüldü

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Şahmat Olimpiadasında Azərbaycanın kişi komandası qələbə qazandı

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Bakının bu ərazisində zəhərli ilanlar peyda oldu – FOTO

Tacir Şahmalıoğlu əməliyyat olundu

Tacir Şahmalıoğlu əməliyyat olundu

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Bakıda məktəb bağlandı: "Əvvəllər həmin bina çay evi kimi fəaliyyət göstərib"

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Döyüldükdən sonra dünyasını dəyişən yeniyetmə ilə bağlı TƏBİB-dən MƏLUMAT

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Ramil Vəlibəyov vəzifəsindən azad olundu – FOTO

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakıda yaşayış binasında başlayan yanğın söndürüldü- YENİLƏNİB

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb - VİDEO

Bakı-Ələt-Astara yolunda yanğın başlayıb - VİDEO

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Şimali Kiprdə gəmi qəzasında saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı

Vahid büdcə təsnifatında dəyişiklik edilib — Baş nazirin Qərarı

Vahid büdcə təsnifatında dəyişiklik edilib — Baş nazirin Qərarı

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından TƏSİRLİ SÖZLƏR

“Şəki yaylası”nda faciəvi şəkildə ölən Ucalın atasından TƏSİRLİ SÖZLƏR

Daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradıldı - FOTO

Daha iki küçədə avtobuslar üçün xüsusi hərəkət zolağı yaradıldı - FOTO

Vilayət Eyvazov növbəti sıra baxışı keçirdi – FOTO/VİDEO

Vilayət Eyvazov növbəti sıra baxışı keçirdi – FOTO/VİDEO

Nazirlər Kabinetindən şagirdlərin geyim forması ilə bağlı QƏRAR

Nazirlər Kabinetindən şagirdlərin geyim forması ilə bağlı QƏRAR

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

Aqşin Məmmədlinin ölkədən çıxışına QADAĞA QOYULDU

Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto

Oğlunun şəhadətinin 3-cü ildönümündə vəfat etdi - Foto

End of content

No more pages to load

RADİO