Türkiyəli müğənni Haluk Levent saxlanılıb.
Bizim.Media xəbər verir ki, İstanbul Baş Prokurorluğunun AHBAP Dərnəyi ilə bağlı apardığı istintaq çərçivəsində saxlanılan sənətçiyə "Dərnəklər haqqında" qanunun pozulması, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması (çirkli pulların yuyulması) və cinayət təşkilatına üzv olmaq ittihamları irəli sürülüb.
Qeyd edək ki, AHBAP-ın qurucusu olan Haluk Levent bir müddət əvvəl təşkilatın sədri vəzifəsindən ayrılmağı düşündüyünü açıqlamışdı.
Bizim.Media