"Mahnıya görə 100 min istədilər" -Vasif Məhərrəmli danışdı

Əməkdar artist Vasif Məhərrəmli Xalq artisti Gülyanaq Məmmədova və cənubi azərbaycanlı ifaçı, bəstəkar Mənsur Daneşvar ilə aralarında yaşanan anlaşılmazlığa aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, “axşam.az”a açıqlama verən V. Məhərrəmli bildirib ki, qarşı tərəf ondan mahnı üçün 100 min manat tələb edib.

Mübahisə isə V. Məhərrəmlinin Vəfa Şərifova ilə ifa etdiyi "Nazlanma" mahnısı ətrafında yaranıb.

Müğənni deyib ki, mahnıya görə bəstəkara qonorar ödəyib:

"Dedim ki, arada Gülyanaq xanım var, ondan xahiş edərəm. Qonorarı nədirsə, ödəyərik. Mahnını aranjimana verdik, klip çəkdik və efirə təqdim etdik. Xəbər göndərdi ki, gələcəyəm, mahnını dayandıracağam. Cavab verdim ki, gələrsən, söhbət edərik. Gülyanaq xanıma zəng vurdum. Mənə dedi ki, "Çətin adamdır". Ona dedim ki, bizdə hamı bir-birinin mahnısını oxuyur, məni üz-göz etmə, məhkəməyə düşən deyiləm.

İndi Gülyanaq Məmmədovanın müsahibəsini gördüm, məsələlərin arxasında o durur.

Açıqlamada yer alıb ki, guya deyirəm, hörmətini edərəm. Ola bilər ki, dost kimi "hörmətini edək" demişəm. O da gəldi bizdən 100 min manat tələb etdi. Sonra 70 min manata düşdü. Cavab verdi ki, xərcim çıxıb, çəkilişə 25 min manat vermişəm. Təbii ki, dediyi qonorarı vermədik. Başqa məbləğə razılaşdıq. Bu gün Azərbaycanda mahnının real qiyməti nədirsə ondan bir az artığını ödədik. Yəni, 5 min manat ödəyib, rəsmi razılıq aldıq və MESSAM-a göndərdik. Məsələ bununla bitdi".

Vasif Məhərrəmli ifa etdikləri mahnının "YouTube"da 3 milyondan çox baxış topladığını söyləyib:

"Deyirlər ki, onların ifasına 4 milyard baxış gəlib. 4 milyard baxışı heç Maykl Cekson da toplamayıb. Mahnını 10 aydır oxumusunuz, heç 500 min baxış olmamışdı. Biz oxuduq, baxış sayı 1 aya 3 milyonu keçdi. Deməli burada məsələ mahnı yox, biz ifaçılarıq. Bizdən əvvəl oxumuşdular, niyə baxış toplamadılar? Sübut üçün bir mahnı daha versinlər, hətta oxunmuş mahnı olsun. Biz yenidən oxuyaq və milyon baxış toplayacağımızı göstərək. Deməli, məsələ tək mahnıda deyil. Başa düşə bilmədim, əvvəlcə Gülyanaq Məmmədova mənimlə başqa cür danışdı, sonra isə belə müsahibə verdi.

Gülyanaq açıqlamada deyib ki, Mənsur deyir, o taylı-bu taylı Azərbaycan arasında bir mahnıya görə qalmaqal istəmirik. Axı siz heç də o taylı, bu taylı hərəkəti etmirsiniz. Gəlib 100 min pul istəyir. Can yandıran elə bu taydır. Mənim üçün elə bu tay var".

Qeyd edək ki, Gülyanaq Məmmədova və Mənsur Daneşvarın ifası "YouTube"da müxtəlif verilişlərdən götürülmüş görüntülərlə paylaşılıb. Mahnı kanallardan birində 800 min, digərində isə 131 min baxış toplayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

"Android"in Azərbaycan bazarındakı payı kəskin AZALDI

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Azərbaycanda ateistlərin sayı: Bu rəqəm çoxlarını təəccübləndirəcək

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Tramp Putinlə görüşün yeganə şərtini AÇIQLADI

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Sentyabrın 3-də bu küçə və kəndlərdə işıq olmayacaq

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

Bu kəndə köçənlərə ev və iş verilir – İnanılmaz təklif

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

CENTCOM İrandakı toy mərasiminə zərbə endirilməsi iddialarını araşdırır

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

Beynimizin nə qədərindən istifadə edirik? – Maraqlı açıqlama

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

İrana yenidən zərbə endirməyə hazırıq - Tramp

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Nepaldakı fəlakətin səbəbi açıqlandı: İqlim dəyişikliyi...

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Gecə işləyənlərin maaşına nə qədər əlavə ödənilməlidir?

Fanatından Nurana evlilik təklifi - VİDEO

Fanatından Nurana evlilik təklifi - VİDEO

AB-dən erməni konyakına qadağa - Səbəb?

AB-dən erməni konyakına qadağa - Səbəb?

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Türkiyədə gəmi qəzasını işıqlandıran operator döyüldü - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Tələbələr üçün mənzil kirayəsinin qiyməti 50-100 manat BAHALAŞDI - VİDEO

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Azərbaycan millisinin oyununun yeri dəyişdirildi

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

Tramp: "Hollivud ölüb və biz onu dirçəltməliyik"

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

ABŞ yüz minlərlə əcnəbini ölkədən çıxaracaq - Səbəb

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Nepalda sel fəlakətində ölən və itkin düşənlərin SON STATİSTİKASI

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

Orqanizmi toksinlərdən sürətlə təmizləyən 5 MEYVƏ

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

20 yaşlı gəncin bir anlıq əsəbi həbslə nəticələndi

4 BÜRC sentyabrda diqqətli olmalıdır

4 BÜRC sentyabrda diqqətli olmalıdır

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

Tramp: “Hörmüz boğazında 28 gəmini məhv etdik”

End of content

No more pages to load

RADİO