Türkiyənin tanınmış aktyoru Hüseyn Soysalan görünüşündə etdiyi dəyişikliklə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, uzun illər "Ezel", "Karadayı", "Çukur", "Eşkıya Dünyaya Hükümdar Olmaz" və son olaraq "Eşref Rüya" seriallarında canlandırdığı sərt xarakterlərlə tanınan aktyor yeni layihəsi üçün imicini dəyişib.
Məlumata görə, Soysalana saç dizayneri Kadir Alkan və komandası tərəfindən üz cizgilərinə uyğun, təbii görünüşlü ağ-boz çalarlı saç tətbiq edilib. Obraza uyğun hazırlanan yeni saç modeli aktyorun illərdir tanınan görünüşünü tamamilə dəyişib.
Soysalanın yenilənmiş görüntüsü ilk dəfə sosial şəbəkələrdə paylaşıldıqdan sonra izləyicilər arasında böyük maraq doğurub. Bir çox istifadəçi aktyoru ilk baxışdan tanımaqda çətinlik çəkdiyini bildirib. (Demokrat.az)

Bizim.Media