Məşhur aktyor Ferit Kaya yeni layihəsini müəyyənləşdirib.
Bizim.Media “democrat.az”a istinadla bildirir ki, o, yeni yayım mövsümünün diqqət çəkən layihələrindən biri olan “Aşk ve Taht” serialının heyətinə qoşulub.
Bozdağ Film tərəfindən istehsal olunan və ATV kanalında yayımlanacaq serialın ssenari müəllifləri Serdar Özönalan, Hasan Erimez, Özlem Atasoy və Melek Yalçındır.
Ferit Kaya serialda "Melik Keyferidun" obrazını canlandıracaq. Aktyor daha əvvəl “Uzak Şehir” serialında rol almış və mövsüm finalında layihəyə vida etmişdi.
Qeyd edək ki, tarixi dram janrında olacağı gözlənilən “Aşk ve Taht” serialı yeni mövsümün ən çox maraq doğuran layihələrindən biri kimi qiymətləndirilir.

Bizim.Media