"Özümlə rəqabət aparmaq çətindir. Qalmışam Elzaların əlində. Çətinliyi aşıram. Oğlum deyir ki, səndəki enerjinin 20 faizi məndə olsaydı, xoşbəxt olardım".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Mədəni şou"da deyib. O bildirib ki, musiqinin bütün janrlarında mahnılar oxuyur.
Müğənni caz oxumasını tənqid edənlərə də cavab verib:
"Bəstəkarlıq, müğənnilik, şairlik, geyimim, mahnı aranjemana verəndə üzərində dayanmaq, caz, pop, rok... Bəzən deyirlər cazdan əl çək. Elə bil caz bunların atalarınındır. Niyə əl çəkim? Bütün bunları etmək çətindir. Bir mahnını yazıram, başqasına yönəlirəm. Anayam, nənəyəm, övladam.
Mənim dünyada rəqibim yoxdur. Təkəbbürlü çıxar. Deyəcəklər, Ledi Qaqa. Onu sevirəm, dayanmadan böyük heyətlə çalışır və pullar qazanır. Onlar Ledi Qaqanı önə verirlər, paxıl deyillər". (axşam.az)
Bizim.Media