Mayk Tayson: "Bred Pitti mənim aldığım maşında yoldaşımla birlikdə yaxaladım" - FOTO

Dünya boks tarixinin əfsanəvi siması Mayk Tayson qatıldığı növbəti televiziya proqramında (podkastında) şəxsi həyatı ilə bağlı hər kəsi şoka salan qalmaqallı faktların üstünü açıb. 59 yaşlı keçmiş çempion 1980-ci illərin sonunda aktyor Bred Pitti ilk həyat yoldaşı Robin Givens ilə birlikdə tutduğunu etiraf edib.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Tayson hadisənin onun rəsmi boşanma ərəfəsində olduğu dövrə təsadüf etdiyini bildirib.

Boksçu hələ də gizlicə görüşdüyü xanımının evinə gedərkən qarşılaşdığı mənzərəni belə təsvir edib:

"Robinlə münasibətlərimiz gərgin olsa da, hər gün gizlicə onun evinə gedirdim. Yenə belə günlərin birində onun malikanəsinə tərəf gedərkən yolda qarşılaşdıq. Robin ona şəxsən öz pulumla aldığım BMW markalı avtomobili idarə edirdi. Maşının sərnişin oturacağında isə bir nəfər var idi. Yaxınlaşanda gördüm ki, bu, gənc Bred Pittdir. O zaman o, hələ dünya şöhrətli ulduz deyildi, heç kim tanımırdı".

"Bred Pitt qorxudan mənə yalvarmağa başladı"

Tayson dünyanın "ən təhlükəli adamı" ilə üz-üzə gələn gənc aktyorun həmin an bərk qorxuya düşdüyünü iddia edib:

"Onun üzünün ifadəsini görməli idiniz. Elə bil son duasını oxuyurdu. Tamamilə dəhşət içində idi. Məni görən kimi əsməyə başladı və “Dostum, xahiş edirəm məni vurma, biz sadəcə ssenari oxuyurduq, rolları məşq edirdik” deyərək yalvarmağa başladı. Həmin an çox məyus olmuşdum, ürəyim qırılmışdı. Kimisə döyməyə, yumruq atmağa taqətim yox idi. Ona görə də heç nə etmədim, sadəcə sakitcə oradan uzaqlaşdım".

Əfsanəvi boksçu illər sonra verdiyi bu müsahibədə zarafatından da qalmayıb:

"Əgər o vaxt əsəblərimə hakim ola bilməsəydim, yəqin ki, bu gün Hollivudda Bred Pitt adında bir ulduz mövcud olmayacaqdı".

Qeyd edək ki, aktrisa Robin Givens sonradan verdiyi açıqlamalarda Taysonun onları avtomobildə birlikdə görməsi faktını təsdiqləsə də, Bred Pittin qorxudan yalvarması ilə bağlı hissəni təkzib edib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Gənc ailələri SEVİNDİRƏCƏK TƏKLİF – Mənzil güzəştləri GÜNDƏMDƏ

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Futbol klubunun prezidenti güllələnərək öldürüldü

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Komitə sədrindən sənədsiz evlərlə bağlı AÇIQLAMA

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Xarici pasportunuzda buna diqqət edin: Əks halda geri QAYTARILACAQSINIZ!

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Qubada növbəti bədbəxt hadisə: Ağacdan yıxılan 70 yaşlı kişi vəfat etdi

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Cennifer Lorens Zak Kreqqerin yeni filmində rol alacaq

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Nazirlik 26 min nəfərin pensiyası barədə QƏRAR VERDİ

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

Milli Məclisdən Anım Günü ilə bağlı BƏYANAT

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Pakistanda təcavüzə uğrayan 23 yaşlı qız Azərbaycana gətiriləcək - FOTO/VİDEO

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Milli Məclisin payız sessiyasının İLK İCLASI – Hansı məsələlər müzakirə olunur?

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Ekrandan doğum şəhadətnaməsinə - Övladlarımızın adını biz yox, Türkiyə serialları qoyur

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

Qaçırılma xəbəri yayılan təyyarənin pilotları dava edibmiş – YENİLƏNİB – VİDEO

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

IV MDB Oyunları Qırğızıstanda keçiriləcək

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Şahin Mustafayev İran rəsmiləri ilə görüşdü: Nələr müzakirə edildi? – FOTO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Qapını döydülər, cavab gəlmədi: Xilasedicilər çağırıldı – VİDEO

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Bakıda 62 yaşlı kişi parkda VƏFAT ETDİ

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Zakir Həsənov: “Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası var”

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Azərbaycanda KÜTLƏVİ ZƏHƏRLƏNMƏ: 10 nəfərin son vəziyyəti açıqlandı

Taksi sürücülərinin sabah imtahanı var

Taksi sürücülərinin sabah imtahanı var

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

İnternet sürəti müqavilədə göstəriləndən azdırsa… - Müştəri nə etməlidir?

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Azərbaycanda yeni qəsəbə salınır - 50 MİLYON MANAT AYRILDI

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Şəbnəm Tovuzlunun yeni görüntüsü müzakirə yaratdı – VİDEO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

Azərbaycan XİN Botsvananı təbrik etdi – FOTO

End of content

No more pages to load

RADİO