Robert De Niro "Taksi sürücüsü" filminin klassikaya çevriləcəyini düşünmürmüş

Hollivudun əfsanəvi ulduzu Robert De Niro 1976-cı ildə çəkilən "Taksi sürücüsü" (Taxi Driver) filminin dünya kinematrafiyasının şah əsərinə çevriləcəyini ağlına belə gətirmədiyini etiraf edib.

Bizim.Media xəbər verir ki, bu barədə 82 yaşlı aktyor "Page Six" nəşrinə verdiyi müsahibəsində danışıb.

İkiqat "Oskar" mükafatı laureatı mədəniyyətə bu dərəcədə güclü təsir göstərəcək bir layihə ərsəyə gətirdiklərini öncədən təxmin etməyin qeyri-mümkün olduğunu bildirib:

"Sən heç vaxt əvvəlcədən bilə bilmirsən ki, yaratdığın sənət nümunəsi mədəniyyətə bu qədər güclü təsir göstərəcək. Mən işə heç vaxt bu prizmadan baxmıram, çünki filmin sonrakı uğuru hər zaman sənin nəzarət zonandan kənarda olur".
 

Rejissor Martin Skorsezenin (Martin Scorsese) ekranlaşdırdığı kult neonuar dramında De Niro süjet boyu psixi vəziyyəti sürətlə pisləşən taksi sürücüsü Trevis Bikli canlandırıb. Filmdə aktyorla tərəf-müqabili olaraq Codi Foster, Sibill Şepard, Harvi Keytel, Piter Boyl və Albert Bruks kimi tanınmış simalar yer alıb.


Ekran işi vaxtilə şiddət (zorakılıq) səhnələrinin çoxluğu və o dövrdə 12 yaşı olan Codi Fosterin azyaşlı seks işçisi roluna cəlb edilməsinə görə kəskin tənqid dalğası ilə üzləşmişdi. Layihə sonradan daha bir böyük qalmaqalın mərkəzinə düşdü. Məlum oldu ki, ABŞ Prezidenti Ronald Reyqana sui-qəsd edən Con Hinkli bu addımı məhz "Taksi sürücüsü" filmindən təsirlənərək atıb.

Bütün bunlara baxmayaraq, "Taksi sürücüsü" bu gün dünya kino tarixinin ən böyük ekran əsərlərindən biri hesab olunur.

Hələ 1994-cü ildə ABŞ Konqres Kitabxanası filmi "mədəni, tarixi və estetik cəhətdən əhəmiyyətli" elan edərək Milli Film Reyestrinə daxil edib.

Cari ildə filmin istehsalından 50 il ötür. Yubiley şərəfinə iyun ayında keçiriləcək kinofestivalda filmin xüsusi nümayişi təşkil olunacaq. Yaradıcı heyətin görüşü çərçivəsində Robert De Niro və 83 yaşlı rejissor Martin Skorseze səhnədə yenidən bir araya gələrək ictimai müzakirədə iştirak edəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO