Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz atası ilə bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, atasının sonuncu ad günündə çəkilən kadrları paylaşaraq bunları yazıb:
“Bu, mənim ona son hədiyyəm oldu. Ad gününü təbrik edirəm, gözəl insan. Yaxşı ki, bu dünyaya gəldin. Sən gözəl ata, gözəl insanlıq rəmzi idin”.
Qeyd edək ki, R. Novruz 2023-cü ilin fevralında vəfat edib.
Bizim.Media