Şahmar Ələkbərovun nəvəsi məşhur festivalda SƏS-KÜY YARADIB

Mərhum Xalq artisti, aktyor və rejissor Şahmar Ələkbərovun nəvəsi Eldar İsgəndərov beynəlxalq uğura imza atıb. Gənc aktyor Eldar İsgəndərov məşhur Kann Festivalında nümayiş olunan və festivalın ən çox müzakirə edilən filmlərindən sayılan “Club Kid” filmində rol alıb.
 

Eldar İsgəndərov filmdə Niki obrazını canlandırıb. Onun aktyor oyunu xarici medianın diqqətini xüsusi olaraq çəkib və haqqında geniş bəhs olunub. Eldarı “maraqlı və qeyri-adi obraz yaradan aktyor” kimi təqdim ediblər. Onun yaratdığı obraz ekranın ən yadda qalan personajlarından biri kimi qiymətləndirilib.


Eldar İsgəndərov ABŞ-nin Savanna İncəsənət və Dizayn Kollecinin (SCAD) məzunudur.
O, ötən il məşhur rejissor Qrant Singerin “Reenactment” adlı bədii filminin aktyor heyətinə daxil edilib.

Bizim.Media “modern.az”a istinadla bildirir ki, Eldar İsgəndərov Belçikada böyüyüb. Çünki ailəsi 2012-ci ildən orada yaşayır.

Eldarın anası İzulət Ələkbərova mərhum aktyor, Xalq artisti Şahmar Ələkbərovun əkiz qızlarından biridir. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov 2012-ci ildən Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri vəzifəsində çalışır. İsgəndərovlar ailəsinin bir oğlu, bir qızı var.

Şahmar Ələkbərov 23 avqust 1943-cü ildə Gəncədə anadan olub. Onun atası əslən Cəbrayıl rayonundan olan Zülfüqar kişi, anası kökü Tiflisə bağlı İzulət xanım olub. Şahmarın 9 yaşı olanda ailə Gəncədən Bakıya köçüb.

Şahmar Ələkbərov indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. O, universitetdə aktyor sənətindən dərs deyib. Bir müddət Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru olub, bir çox maraqlı obrazlar yaradıb.
 

Görkəmli aktyor kinoya 1967-ci ildən çəkilib, 30-a yaxın filmdə irili-xırdalı rollar ifa edib. Kinoda ilk rolu “Dağlarda döyüş” filmindəki Fərrux obrazıdır. Bundan sonra gənc aktyor bir-birinin ardınca “Mən ki gözəl deyildim”, “İntizar”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Həyat bizi sınayır”, “Skripkanın sərgüzəşti”, “Qatır Məmməd”, “Arxadan vurulan zərbə” və digər filmlərdə yaddaqalan obrazlar yaradıb.


Şahmar Ələkbərov bacarıq və istedadını rejissorluq sahəsində də sınayıb. O, rejissor Gülbəniz Əzimzadə ilə birgə Anarın “Şəhərin yay günləri” pyesi əsasında “İmtahan” bədii televiziya filminə quruluş verib. Bundan sonra müstəqil olaraq “Sahilsiz gecə” bədii televiziya və “Qəzəlxan” bədii filmlərini çəkib. Şahmar Ələkbərov “Yük” bədii filminin ssenari müəllifidir.

Şahmar Ələkbərov 1992-ci ildə 49 yaşında xərçəng xəstəliyindən vəfat edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən Milli Məclisə geri qaytarılan qanunla bağlı AÇIQLAMA

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Azərbaycanda daimi yaşamaq icazəsi ilə bağlı YENİLİK

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bu şəxslərin əməkhaqqından gəlir vergisi TUTULMAYACAQ

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Bakıda DƏHŞƏT: 4 uşaq atası boşanmaq istəyən arvadını boğub öldürdü - VİDEO

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

Ceyhun Məmmədov: “Azərbaycanda ailə institutu tamamilə sıradan çıxa bilər”

End of content

No more pages to load

RADİO