Müğənni Vüqar Muradov açıqlaması ilə müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, sənətçi "el toyu" edən həmkarlarını tənqid edib.
O, bildirib ki, ailəvi olmayan və küftə-bozbaş yeməyi verilərək keçirilən məclislərə qatılmaq istəmir:
"Çox dəyərli musiqiçi dostlarım, xahiş edirəm məni ailəvi olmayan, küftə-bozbaş verilən məclislərə dəvət etməyin. Çünki ancaq 500-600 kişi olur, ən azı 400 nəfərlə öpüşüb-görüşmək yorucudur".
Vüqar ənənəvi bəy-gəlin toylarına məmnuniyyətlə qatılacağını və belə məclisləri daha uyğun hesab etdiyini qeyd edib:
"Normal bildiyimiz bəy-gəlin toyu edib dəvət edin, gəlim pulumu yazdırım, ifa edim. Çünki mən özüm gələcəkdə nə özümə, nə də övladıma küft-bozbaşlı məclisi edəcəyəm. Anlayışla qarşılayacağınıza əminəm. Hər kəsə xoşbəxtlik arzu edirəm". (musavat.com)
Bizim.Media