Aparıcı Cavid Güllə xanımı Nərgiz Gül münasibətlərindəki problemləri aradan qaldırıb.
Bizim.Media xəbər verir ki, Cavid bu gün doğum günü olan xanımını təbrik edib.
Bu barədə Nərgiz öz instaqram hesabında video paylaşıb.
Kadrlarda Cavidin xanımına sürpriz etdiyi anlar yer alıb.
Qeyd edək ki, cütlüyün ayrılıq iddialarının yayılmasına səbəb Nərgizin paylaşımları olmuş, o, “Boşanırsınız” sualına “Hər şey ola bilər” cavabını vermişdi.
Bizim.Media