"Haqqıma girmisən, çörəyimə BAİS OLMUSAN"

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) ilə müğənni Əminə Şirin arasında yaranan narazılıq yenidən gündəmə gəlib.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, Tolik efirdə səsləndirilən fikirlərə münasibət bildirərək Əminə Şirinin onun haqqında dediklərinin doğru olmadığını bildirib. Aparıcı qeyd edib ki, vaxtilə televiziya rəhbərliyinin icazəsi olmadan heç bir ifaçını efirə çıxarmaq mümkün deyildi.

Tolik bildirib ki, həmin dövrdə musiqi departamentinin rəhbəri olan aparıcı Çiçək efirə çıxacaq müğənnilərin siyahısını hazırlayırdı. Onun sözlərinə görə, Əminə Şirin bir dəfə efirə qatıldıqdan sonra rəhbərlik sənətçini bəyənib və digər verilişlərə dəvət olunması üçün tapşırıq verib.

O həmçinin qeyd edib ki, heç vaxt Röya Ayxanın zəngi ilə kiminsə efirə çağırılması məsələsinə qarışmayıb və Əminənin sənətini danmadığını vurğulayıb:
 

"Haqqıma girmisən. Efirdə dedin ki, Röya deyəndən sonra səni efirlərə çağırmağa başladılar. Mənim rəhbərim var idi, icazəsiz heç kimi efirə çıxara bilməzdim. O da səni tanımadığı üçün əvvəl efirə gəlməyinə bir az tərəddüd etmişdi. O vaxt aparıcı Çiçək kanalda musiqi departamentinin rəhbəri idi. Ödənişli və ya ödənişsiz efirə çıxan müğənnilərin həftəlik siyahısını o hazırlayırdı. Sən bizim efirə bir dəfə gəldin. Rəhbərlik səni görüb Zaur Kamalı da çağırdı və digər verilişlərə də tapşırdı ki, o qızı efirə çağırsınlar. Mən rəhbərimin yanına gedib deyə bilməzdim ki, Röya filan müğənnini efirə çağırın deyib. Röya mənə zəng etmişdi, televiziya rəhbərinə yox. Mən sadəcə öz verilişimlə bağlı xahiş etmişdim. Əminə ilə danışmadığım vaxtlarda belə onun sənətini danmamışam. “Tolik mənim yolumu kəsib” deməklə haqqıma girirsən".


Əminə Şirin isə özünü belə müdafiə edib:

"Mən demişəm ki, Tolik anamın göz yaşına səbəb olub. Mənə göstəriblər ki, sən instaqram səhifələrinə yazmısan: “Bu qızla bağlı paylaşım etsəniz, mənimlə düşmən olarsınız”.
Bu, qabağımı kəsmək, çörəyimə mane olmaq deyil? O vaxt maddi vəziyyətim yaxşı deyildi, efirlərə çıxa bilmirdim. Bəlkə instaqramda kimsə məni görüb restorana, tədbirə ifa etməyə çağıracaqdı".

Tərəflər arasında səsləndirilən qarşılıqlı fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

Ağakərim Səmədzadə Azərbaycan Alpinizm Federasiyasının prezidenti SEÇİLDİ

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

"Xankəndi"nin yeni baş məşqçisi komandadakı çatışmazlıqlardan danışdı

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Dayanacaqlarda “BakıKart” problemi - Yeni ödəniş aparatları quraşdırılacaq?

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Ağalı kəndində Texnika Festivalı: Traktorlar, kombaynlar nümayiş etdirilir - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Kişi oteldə keçmiş həyat yoldaşını QƏTLƏ YETİRDİ - FOTO

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Pakistanda təcavüzə uğrayan azərbaycanlı qızla bağlı YENİ XƏBƏR

Fransanın məşhur klubu 1 avroya satıldı

Fransanın məşhur klubu 1 avroya satıldı

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olundu – FOTO

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Bərdədə 26 yaşlı gəncin qətlində şübhəli bilinən şəxs tutuldu

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Avtobus zolaqlarına daxil olan sürücülər hərəkətə mane oldular – ANBAAN VİDEO

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

Azərbaycan və Slovakiya məxfi məlumatları MÜBADİLƏ EDƏCƏKLƏR

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

TƏBİB-dən onlayn növbələrlə bağlı AÇIQLAMA

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Deputatdan TƏKLİF: “Rüşvətxorluqla bağlı məlumat verənlər mükafatlandırılsın”

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

Qarsda dəhşətli cinayət: Yenidoğulan körpəni ağzına salfet qoyaraq ÖLDÜRDÜLƏR

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

"Emilin yanındakı qızla bir araya gəldik" - Bakıda bardakı qətlin TƏFƏRRÜATI

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Prezident və birinci xanım “ADEX 2026” sərgisində

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında hökumət rabitəsi üzrə Protokol TƏSDİQLƏNDİ

90 yaşında belə formada qalır - Yediyi 5 qida

90 yaşında belə formada qalır - Yediyi 5 qida

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Monqolustana təyyarə ilə birbaşa getmək MÜMKÜN OLACAQ

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Sahibkarlara yoxlamalarla bağlı ŞAD XƏBƏR

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Oğuzda ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO/VİDEO

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

Qubada 9-cu sinif şagirdinin meyiti tapıldı

İordaniyaya vizasız gedə biləcəyik

İordaniyaya vizasız gedə biləcəyik

End of content

No more pages to load

RADİO