Azərbaycanlı qadın həmcinsi ilə evləndi - FOTOLAR

Mahizər Salmanova bir müddət öncə yerli mediada Afrikada susuzluqdan çəkən müsəlman əhali üçün 1 milyon dollar yardım etməsi ilə gündəmə gəlib. 

Bu dəfə M.Salmanova ailə qurması ilə gündəm olub. Lakin biznes ledinin toyunda ən çox diqqətçəkən məqam onun həmcinsi ilə evlənməsidir. 

Bizim.Media xəbər verir ki, bu barədə shownews.az Mahizər Salmanovadan müsahibə alıb.

- Evləndiyiniz xanımla necə tanış olmusunuz?

- Ailə qurduğum xanım polis əməkdaşıdır. Avtomobil idarə edən zaman qırmızı işıqdan keçdim. Avtomobilimi saxlamağımı əmr verdi. Deməzdim ki, bu ilk görüşdən məhəbbətdir. Amma ilk tanışlığımız yolda oldu. 8 ay ünsiyyətimiz, tanışlığımlz davam etdi. Bakıda qızlar yol polisləri ilə necə tanış olursa, məndə də elə oldu (gülür).

- Neçə yaş fərqiniz var?

- Aramızda 12 yaş fərqi var. O, məndən böyükdür. Dəli kimi sevirəm. Həyatımın sevgisini tapdığım üçün xoşbəxtəm. 

- Bildiyim qədər siz daha əvvəl kişi ilə ailəli olmusunuz...

- Bəli, ailəli olmuşam. Kişi sevgililərim də olub. Amma hər zaman hiss edirdim ki, bu münasibətlərdə nə isə çatışmır. Özümü tam xoşbəxt  hiss edə bilmirdim. Sonralar anladım ki, mənim ehtiras hissim həmcinslərimədir. Bunu dərk edib, qəbullanandan sonra xoşbəxtliyimi tapdım. 

- Ailəniz bu münasibətinizə necə baxır?

- 4 bacım var. Yeznələrim namaz qılırlar. Anlayıram bunu onlar asan qəbul etməyəcək. Mənə də çətin olacaq. Nə olsa da, onlar mənim doğmam, canımdan-qanımdan biridirlər. İnanıram ki, onlar məni düzgün anlayacaq və qəbul edəcəklər. 

- Özünüzü əməliyyatla kişi etməyi düşünmüsünüz heç?

- Yox, heç vaxt  övladım var. Nə olsa da, mən övladımın anasıyam. Kişi vidində olmağı heç vaxt xəyal etməmişəm. Hətta qadın görkəmində kişiləri qəbul etmirəm. Azərbaycana baxanda dəhşətə gəlirəm. Bakı nə günə qalıb?! Geylər parik taxır, arxasını əməliyyatla böyüdür, arvaddan betər makiyaj edirlər.

- Düşünmürsüz ki, Azərbaycanda bu evliliyinizə pis baxarlar?

- Mən onsuz Amerikada yaşayıram  Azərbaycanda nə düşünəcəkləri məni demək olar maraqlandırmır. Burada sərbəstlikdir. Burada nəinki kişi ilə kişi, qadınla qadın, hətta atı, iti, meymunu, pişiyi, toyuğu ilə də evlənənlər var. Ona görə burada çox rahatam. Yaşadığım binada qonşularımın 90 faizi geylərdir.

Düzdür, kənardan baxan heç kəs deməz ki, onlar geydir. Nə qaş alırlar, nə makiyaj edirlər, nə parik taxırlar. Normal kişi vidindədirlər. Əksinə idman zallarından çıxmırlar. Kənardan baxanda idmançıya oxşayırlar. 

- Etməmələrinə səbəb nədir sizcə? 

- Pis baxırlar. İllərdir buradayam. Cəmi 2-3 dəfə trans görmüşəm. Gey klublara gedirəm. Orda belə trans yoxdur. Burada translar o qədər də qəbul olunmur. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

“Bunu başqa yolla da həll edə bilərəm” - Tacirdən XƏBƏRDARLIQ - VİDEO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

Bakı və Tokio süni intellekt və rəqəmsal inkişafı MÜZAKİRƏ ETDİ - FOTO

“Everton” satılır: klub təsdiqlədi

“Everton” satılır: klub təsdiqlədi

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Vensdən şirkətlərə SƏRT XƏBƏRDARLIQ: Yüksək gömrük rüsumları tətbiq ediləcək

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Zelenskidən ABŞ-ın Rusiya dizelinə sanksiyaları yumşaltmasına REAKSİYA

Mourinyo Mbappeni müdafiə etdi

Mourinyo Mbappeni müdafiə etdi

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Panamadakı zəlzələ 7 ölkədə sunami təhlükəsinə səbəb oldu

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Tramp Ağ Evə yeni mətbuat katibini TƏYİN ETDİ

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

Kreml Putin və Trampın telefon danışığının DETALLARINI AÇIQLADI

TƏBİB-də yeni təyinat - FOTO

TƏBİB-də yeni təyinat - FOTO

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

İki ölkə Ukraynaya “Patriot” raketləri verməkdən İMTİNA ETDİ

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Dünyanın ən çox maaş alan məşqçisi oldu

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Bakı-Ankara münasibətlərinə qarşı manipulyasiyaya cəhd edilib - Türkiyədən AÇIQLAMA - FOTO

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Çay və qəhvəni çox içənlərin DİQQƏTİNƏ: Bunu mütləq nəzərə alın

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

Tovuzda yaşayış binasına ildırım düşdü, yanğın başladı - FOTO/VİDEO

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

ABŞ Rusiyanın dizel yanacağının satışına İCAZƏ VERDİ

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

"Ayın qolu"nun müəllifi mükafatlandırıldı

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Panamada 8 ballıq zəlzələ oldu – SUNAMİ TƏHLÜKƏSİ

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

BCM rəhbəri: “Məhkəmə xarici təhdidlərə boyun əyməyəcək” - VİDEO

"Neftçi" "Sabah"la heç-heçə etdi

"Neftçi" "Sabah"la heç-heçə etdi

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Flydubai-nin pilotu Təl-Əviv aeroportunda terror PLANLAŞDIRIB

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

Mingəçevirdə 44 yaşlı kişi BIÇAQLANDI

End of content

No more pages to load

RADİO