Natavan Həbibi: “40 il oğlumun dünyaya gəlməyini arzulamışam” – VİDEO 

“İllər idi ki, ad günü məclisləri keçirirdim. Çünki bu mənim xoşuma gəlirdi. Amma ana olandan bu məsələlər arxa plana keçdi. Artıq mən anayam və bayramlarımın hamısı oğlum Zeydlə bağlıdır. Mən övladıma daha çox fokuslanmışam”. 

Bizim.Media xəbər verir ki, bu sözləri nadir hallarda efirə çıxan müğənni Natavan Həbibi “Qonaqcanlı” verilişində deyib. 

Sənətçi bildirib ki, 40 il oğlan övladının olmağını arzulayıb: 

“Ana olandan sonra həyatımda hər şey dəyişdi. Ana olandan sonra sənətimdən çox uzaqlaşdım. Buna səbəb də oğlum Zeyddir. İstəyirəm ki, zamanımın əksər hissəsini Zeydlə keçirim. İstəyirəm ki, bu şirin vaxtlarında övladımı doyunca görüm. 40 ildir ki, mən Zeydi gözləmişəm. İndi istəyirəm ki, onun dilindən çıxan hər sözü yanında olaraq eşidim. Onu çoxlu görüb, doymaq istəyirəm. Çünki sənətimizlə bağlı bizim işimiz elədir ki, səhər çıxırsan, evə səhərə yaxın gəlirsən.

Belə olan halda isə uşaq diqqətsiz qalır. Onsuz da biz çox çalışmışıq və diqqətimizi işimizə ayırmışıq. Amma Zeyd bir dəfə böyüyür. Onun bu yaşı bir dəfə olur. Ona görə də Zeydin yanında olmaq istəyirəm. Ən böyük arzum idi ki, oğlan övladım olsun. Nəhayət ki, bu arzuma çatdım. Ona görə də arzuma qeyri-ciddi yanaşmaq istəmirəm. Bu arzumu isə doyunca yaşamaq istəyirəm.

Eyni zamanda sevinirəm ki, həm bu hissləri yaşayıram, həm də musiqidə, işimdə artıq elə bir yerdə və pillədəyəm ki, hər şey mənim öz əlimdədir. Bir sözlə, istədiyim rahatlıqdayam. İstədiyim zaman efirə çıxıram, istədiyim zaman da evdən çıxmaya bilirəm. Bütün bunlar isə nə xoş mənə”. 
Qeyd edək ki, Dado ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Səid Əliyevlə ailəli olan Natavanın Zeyd adında bir övladı var. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Səudiyyə qırıcıları Yəmənin paytaxtını bombaladı – VİDEO

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 3 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Canlı yayım zamanı dəhşətli anlar - VİDEO

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Ədalət Şükürov həyat yoldaşı ilə - Video

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Şimal bölgəsində payızın ilk qarı – FOTO

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Azərbaycanda “işıq pulu” sistemi dəyişəcək

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Yağıntılı hava nə vaxtadək davam edəcək?

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

Vətən müharibəsinin xronikası: 3 oktyabr –VİDEO

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

NATO-dan Fransaya TƏLƏB: Azərbaycanla əməkdaşlığa mane olmayın

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Bakıda 26 ildir tikilən bina niyə satışa çıxarılmır? - VİDEO

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Almaniya millisinin düşərgəsini TƏRK ETDİ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

Pensiya vədi ilə 13 min manatlıq DƏLƏDUZLUQ

End of content

No more pages to load

RADİO