Nigar: ””Avroviziya”da pozğunluğun reklamı ən yüksək səviyyədə idi” - FOTO  

“Vaxt var idi, heç “Avroviziya”da yox idik. Vaxt da var idi, qalib olmuşuq, ikinci yeri də tutmuşuq, dəfələrlə onluqlarda olmuşuq, aşağı pillələrdə də yer almışıq. Finala da keçmədiyimiz illər olub. Ona da müsabiqə deyərlər ki, bir gün qalib olan, bir gün uduzmağı da bacarmalıdır. Əsas odur ki, ölkə hər zaman layiqli təmsil olunub”. 

Bizim.Media xəbər verir ki, bu sözləri aparıcı Ranar Musayev “Avroviziya” təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətovun finala çıxmadığına görə sosial şəbəkə əhli tərəfindən tənqidlərə məruz qalmasına cavab olaraq yazıb. 

Ranar deleqasiyamızın musiqi prodüseri Eldar Qasımovun istefasını tələb edən izləyicilərə yarışmanın pərdəarxası məqamlarını açıqlayıb: 

"Vacib amillərdən biri də odur ki, 16 ildir beynəlxalq standartlara cavab verən, böyük səhnəyə hazırlıq prossesindən keçən, məktəb görən, təcrübəli, peşəkar ulduzlarımız yetişir. Bu il də eyni təcrübə keçmiş daha 2 müğənni yığdıqlarını öz ölkələrində paylaşmağa qayıdır. O ki qaldı heç vaxt heç nəyə nail olmayan, istefa tələbi ilə çıxış edən, divan ekspertlərinə: Bu gün eyni bulvarda addımlayaraq "Crystal Hall" konsert zalına gedəndə, adımızı dünyanın ən məşhur mahnı yarışması "Avroviziya" tarixində qalib ölkə kimi görəndə, nankor beyninizi işə salıb, xatırlayın ki, bu əziyyətin bir payı həmin istefasını tələb etdiyiniz şəxsin çiyninə düşür. 13 il öncə hava limanında bayrağı çiyninə atıb yallı gedənlər indi unudub ki, həmin bayrağın nümayəndələri dəyişilməyib. Yenə də özümüzük. Bir də özünüzə sual verin: Bəs, mən ölkəmin inkişafı üçün nə etmişəm? Ucalanı qucağa almaq, göydən yerə düşəni tapdalamaqdan başqa nə bacarığım var? Ona görə də istər qalibiyyət, istərsə də məğlubiyyətlə nəticələnən cəhdin əziyyətinə görə hər kəsə təşəkkür düşür. Biriləri yıxıla-yıxıla, cəhdləri nəticəsində qalib olur. Digərləri tapdalaya-tapdalaya sonda qalibin qarşısında sadəcə başını əyməli olur. İndi seçim edək: kim yıxılmaq, kim tapdalamaq istəyir?". 
 

Musayevin qalmaqallı paylaşımını 2011-ci ildə Azərbaycana “Avroviziya” sevinci bəxş edən Nigar Camal belə şərh edib: 

“Yarımfinalda hər şey qabardılmış idi. Nömrələr rəngarəng, amma zərif idi. Müharibə və Vətən mövzusu “Avroviziya”da qadağandır. Əgər kimsə bu haqda oxusa, diskvalifikasiya edilir. Amma şeytanlığın, qrup seksinin təbliği, bir sözlə pozğunluğun reklamı ən yüksək səviyyədə idi və bu qəbuldur”. 

Qeyd edək ki, Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətov Azərbaycanı “Özünlə apar” mahnısı ilə təmsil ediblər. Onlar finala çıxa bilməyiblər. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

İlham Əliyevdən Frank-Valter Ştaynmayerə MƏKTUB

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Qida rasionunuza kiçik bir porsiya əlavə edin – Möcüzəvi təsirini görəcəksiniz

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Beynəlxalq Cüdo Federasiyasının prezidenti İlham Əliyevin qəbulunda – FOTO

Azərbaycanda daha bir alternativ enerji yaradıla bilər – Sumqayıt və Novxanının SAYƏSİNDƏ

Azərbaycanda daha bir alternativ enerji yaradıla bilər – Sumqayıt və Novxanının SAYƏSİNDƏ

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

Elzanın gəlinlərə arzusu: "İki il qayınananızla qalın"

Dünən jurnalist idi, bu gün kral... - Fotolar

Dünən jurnalist idi, bu gün kral... - Fotolar

Yanan köşkdən 58 yaşlı kişinin meyiti TAPILDI

Yanan köşkdən 58 yaşlı kişinin meyiti TAPILDI

İnsanları diri-diri kəsməyin qarşısını alan vasitə – 180 ildir alimlər sirrini tapa bilmir

İnsanları diri-diri kəsməyin qarşısını alan vasitə – 180 ildir alimlər sirrini tapa bilmir

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

Məmmədəli Meybəliyev vəzifəsini itirdi - Nazir 20 ilin prorektorunu işdən çıxardı

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

İşdən çıxan müəllimin etirazına məktəbdən - Cavab

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

Tovuzda oğul anasının üzərinə benzin töküb YANDIRDI – Dəhşətli hadisənin TƏFƏRRÜATI

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

ADY-dən sərnişinlərə XƏBƏRDARLIQ

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

İlham Əliyevdən Ladislau-Marius Vizerlə bağlı SƏRƏNCAM

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Qusar dağları ağ örpəyə büründü – VİDEO

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Bu şəxslər işdən çıxarıla BİLMƏZ

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Rəsmi Bakı: “Azərbaycan Türk dünyasının birliyinin möhkəmləndirilməsinə sadiqdir” – FOTO

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Bu kadrlarda 5-ci sinifdə oxuyan Zaur var – Video

Maaş və pensiyalar nə qədər artacaq?

Maaş və pensiyalar nə qədər artacaq?

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin

Mətanəti bir də belə görün - Video

Mətanəti bir də belə görün - Video

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşdı

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Tovuzda DƏHŞƏT – Qadın yanaraq həyatını itirdi

Bu 3 bürcün bəxti üzünə güləcək

Bu 3 bürcün bəxti üzünə güləcək

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər – VİDEO

End of content

No more pages to load

RADİO