Tolik aparıcıları BİABIR ETDİ: “Reytinqə görə müğənniləri “ailə dağıdan” kimi göstərirsiniz” – VİDEO 

“Bəsdirin, aparıcılar, öz verilişlərinizdə müğənniləri bir-birinə qırdırıb, dava-dalaş saldınız. Özünüzü elə aparırsınız ki, elə bil, hamınızın “ətəyində namaz qılmaq olar”. Müğənniləri bu günə gətirdiyinizə görə bu gün televiziyalarda bəzi verilişlər sərt tənqid olunur və məhdudiyyətlər qoyulur. Bu kimi hallar mənim də başıma gələ bilərdi. Amma rəhbərliyim sağ olsun ki, dedi ki, mənə sənin verilişində reytinq lazım deyil”. 

Bizim.Media xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) aparıcısı olduğu “Tarixin bir günü” verilişində deyib. 

Tarix aparıcıların verilişlərində reytinq xətrinə müğənniləri “ailə dağıdan” kimi göstərmələrinə sərt şəkildə etiraz edib: 

“Sözüm aparıcılaradır. Mən bilmirəm müğənnilərin həyatını? Siz məndən ağıllısınız? Mən müğənnilərin yanında “yatıb-dururam”. Mən bildiklərimin çoxusunu isə siz bilmirsiniz. Elə bilirsiniz ki, hamıdan ağıllısınız? Müğənnilər artıq insanlara maraqlı deyillər. Siz aparıcılar müğənniləri bir-biri ilə dalaşdırırsınız, sonra da “xeyir işi”niz olanda onları çağırırsınız ki, “Gəl, oxu”. Amma belə müğənniləri insanlara “ailə dağıdan” və sairə kimi pis tərəfdən göstərirsiniz. Axı siz bunları niyə edirsiniz? Mənim rəhbərliyim deyib ki, sənin reytinqin mənə lazım deyil.

Mənə baxan tamaşaçıların qarşısında baş əyirəm. Baxmayanın da canı sağ olsun. Amma mən siz aparıcılar kimi müğənnini bura efirə çıxarıb “Ərin nə vaxt gəlib, getdi, Sənə nə aldı?” kimi şeyləri sorğu-sual etmərəm. Aparıcılardan biri var idi, verilişində müğənnilərə sual verirdi ki, “Botoksların nə boydadır, dolğuların neçə kiloqramdır?” Sizə qışda dondurma lazım idi? Yox!
Amma indi o aparıcılar təşvişə düşüblər... Müğənnilərə zəng vurub sual verirlər ki, “Efirə gələndə nə və necə gələcəksiniz?” Bundan əvvəl isə deyirdiniz ki, efirə çılpaq gəlin ki, reytinq verin. Mənə belə reytinq lazım deyil. İnsanlar buna görə mənim üzümə söyəcəksə, mənə belə reytinq lazım deyil”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Qəbələ” Yaponiya millisinə UDUZDU

“Qəbələ” Yaponiya millisinə UDUZDU

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Restoranlarda YENİ QAYDA: Menyuda iki qiymət göstəriləcək

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Ukraynada döyüşən daha bir soydaşımız həlak oldu - FOTO

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Prezident göstəriş verdi: Maaşlar nə qədər artacaq və kimlərə şamil olunacaq?

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

"Sabah"dan ayrıldı, Kosovo klubuna KEÇDİ

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

“Xaricdə təhsil” vədi ilə 12 min manatı mənimsəyən şəxs SAXLANILDI

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

İran ABŞ-ın genişmiqyaslı zərbələrinə hazırlaşır – KİV

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Bakıda saxta iş elanı verən HƏBS OLUNDU

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Moldovanın hava məkanı yenə pozuldu - FOTO

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Ölkə ərazisinə leysan, dağlıq bölgələrə qar yağır - FAKTİKİ HAVA

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Messi yeni klubunun qələbəsini belə qeyd etdi - FOTO

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Nərimanovda marketləri və vətəndaşları qarət edənlər SAXLANILDI

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Süni intellekt “ölmək istəmir”? - Deaktiv edilməyə müqavimət göstərdi

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Britaniyalılar Aİ-yə qayıtmağı DƏSTƏKLƏYİR

Metroda halı pisləşən kişi öldü

Metroda halı pisləşən kişi öldü

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

"Fənərbağça" nümayəndələri Heydər Əliyevin məzarını ziyarət etdilər - FOTO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Quba-Xınalıq yolunda yenə torpaq sürüşməsi OLDU - VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Zaqatalada sel təhlükəsi: Çaylara texnikalar cəlb olundu - FOTO/VİDEO

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Bu ölkənin mediasında rus dilinin istifadəsi QADAĞAN EDİLDİ

Niyə payızda daha çox kökəlirik?

Niyə payızda daha çox kökəlirik?

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Sirr saxlamağı yaxşı bacaran BEŞ BÜRC

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

Bakı və Gəncədə ƏMƏLİYYAT – 8 nəfər saxlanıldı – VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

“Xalq artistlərinin tənqidinə görə bunu etməli oldum” - VİDEO

End of content

No more pages to load

RADİO