Zamiq Hüseynov: “Hələki ikinci dəfə ata olmaq fikrim yoxdur” – MÜSAHİBƏ/FOTO

Populyar estrada müğənnisi Zamiq Hüseynovun tətildən sonra Bizim.Media-ya verdiyi özəl müsahibəni təqdim edirik: 

- Yay mövsümü başlar-başlamaz əvvəlcə Qətərə daha sonra isə Bodruma tətilə yollandınız. İstirahətiniz necə keçdi və sizin üçün hansı məqamlarla yadda qaldı?  

- İstirahət edəndə çox xoşbəxt oluram. İsti ölkələri və təbiəti çox sevirəm. Özəlliklə dənizi çox sevirəm. Dəniz və təbiət olan yerlər mənim üçün dünyanın ən gözəl yerləridir. Övladımla çox gözəl istirahət etdim. Oğlum Zeyn dünyaya gələndən sonra, iki yaşından sonra, demək olar ki, hər il biz istirahətə gedirik. Övladımın gözümün önündə böyüməyini, dil açmasını, hərəkətlərini görürəm. Zeyn çox gözəl üzür. Hətta həmin görüntüləri çəkib "Instagram" səhifəmdə paylaşmışdım. Bunlar məni çox sevindirir. Bu ilki istirahətimiz oğlumun üzməyi ilə yadda qaldı (gülür). 


- Sentyabrın 12-si sizin 40 yaşınız tamam olur. Doğum günü məclisi keçirəcəksiniz?  

- Xeyr, ad günü keçirməyəcəyəm. Doğum günləri keçirməyi heç sevmirəm. Yaxın dostlarımla bərabər yalnız yubileylərimi qeyd etmişəm. Ümumiyyətlə, mən hər hansısa tədbir və ya məclis keçirməyi xoşlamıram və insanlara əziyyət verməyi sevmirəm. Çox nadir hallarda yığıncaq təşkil edərəm. Hətta mən doğum günümdə Bakıda olmayacağam. İtalyaya gedəcəyəm. Bu səfərim isə işimlə əlaqədardır. Doğum günümü orada mənə əziz və yaxın olan iki-üç dostumla qeyd edəcəyəm.  

- 40 illik həyatınızda Zamiqin hansı arzuları reallaşıb, hansılar hələki arzu olaraq qalır?  

- Bu suala hər zaman belə cavab verirəm ki, böyük arzularla yaşayan insan deyiləm. Özümə təyyarə arzulayım... Xeyr! Mən belə arzularla yaşayan insan deyiləm. Sadəcə çalışdığımın qarşılığını və bəhrəsini görmək istəyirəm. Bunları isə görürəm və buna görə də çox sevinirəm. Elə böyük arzularla yaşamıram ki, bu günün qədr-qiymətini bilməyim. Elə insanlar var ki, böyük, hətta çox böyük arzularla yaşayır ki, amma olduqları yeri dəyərini və qiymətini bilmirlər. Çalışıram ki, hər günümü dəyərləndirim. Hər gün isə arzularımın yaxşı vaxtlarıdır.  

- Doğum günündə aldığınız ən yadda qalan və unudulmaz hədiyyə hansı olub?  

- İnanın ki, yadımda deyil. Ad günümə özəl hədiyyə almamışam. Yəni dostlarımdan çox adi hədiyyələr almışam. Düzdür, dostlarından və sevdiyin insalardan aldığın hədiyyələr hamısı qiymətlidir. Mən onları seçmirəm. Amma özəl hansısa bahalı hədiyyəni nəzərdə tutursunuzsa, xeyr, yoxdur. 


- Bu yaxınlarda aparıcı Zaur Kamal verilişlərinin birində "Ulduz həyatı yaşayan müğənnilər kimlərdir?" sualı ilə həmkarlarınızdan birinə ünvanlamışdır. Orada sizin adınızda var idi. Bəs sizin fikrinizcə kim əsl ulduz həyatı yaşayır? 

- Kənardan necə görünür, bilmirəm. Müəyyən bir yaş həddindən sonra özümü təmamilə kənarda, sakit yerlərdə hiss edirəm. Özümdə yaşca böyük insanlarla ünsiyyət qurub, onlarla oturub-dururam. Onlardan nələrsə öyrənməyə çalışıram. Mən əyləncədən kənar insanam. Əyləncəli yerlərə, demək olar ki, getmirəm. Bu özümə qoyduğum qadağa deyil. Yaş elə gətirdi ki, onları hiss eləmirəm ki, gedim gecə həyatı yaşayım, klublara gedim. Mən əvvəllər də klublarda əylənməyi sevən biri olmamışam. İndi tamamilə çəkilmişəm kənara, sadə, sakit və hüzur dolu həyat. O ki qaldı ulduz həyatı yaşamaq məsələsinə, bilmirəm kənardan belə görünürəm ya yox... Amma əgər əsl ulduz həyatı yaşayan kimi görünürəmsə, nə xoş mənə (gülür). Mənə görə əsl ulduz həyatını yaşayır Xalq artistlərimiz və mənim dostlarım Aygün Kazımova, Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Tünzalə Ağayeva. Özümə də onların ulduz həyatı çox xoşuma gəlir. Necə yaşayırlar, necə özlərini aparırlar. 

- Sadaladığınız həmkarlarınız arasında ən kaprizlisi kimdir? 

- (Biraz düşündükdən sonra - red. ) Mənə görə, Zülfiyyə Xanbabayeva. O təlabatlı ulduz və insandır. Sizə bir sirr açım; bu yaxınlarda Zülfiyyə Xanbabayeva ilə duetimiz olacaq. Kişi müğənnilər arasında isə ən kaprizlisi elə özüməm. 


- Zamiq özünə hansı qadağaları və çərçivələri qoyub?  

- Sadalamaqla bitməz, çünki həddən artıq çoxdur. Sərhəd çəkmişəm ki, sevmədiyim yerlərə getmirəm. Sevmədiyim insanlarla oturub-durmuram. Onları, ümumiyyətlə, özümdən uzaqlaşdırmışam. Mənə mənfi enerji ötürən tədbirlərə getmirəm. Əgər bir insandan acığım gəlirsə, onunla üz-üzə gəlmək belə istəmirəm. Çalışıram uzaq olum heç "salam" belə verməyim.  

- Zeynlə nəfəs alırsınız, onun artıq dörd yaşı var. Bəs onun bacısı və ya qardaşının olmasını istəyirsiniz?  

- Gələcəkdə bu haqda fikirləşərik. Amma hələki yox. Yenidən ata olaram, nə yaşım var ki,... Qız və ya oğlan fərqi yoxdur. Allah hansı övladı qismət edəcəksə, o da olacaq. Amma hələki yenidən ata olmaq fikrim yoxdur.  


- Həmkarınız Xalq artisti Röya Ayxan bir neçə gündən sonra canlı solo konsert proqramı ilə Konqres Mərkəzində çıxış edəcək. Dostunuzun konsertinə gedəcəksiniz? 

- Ailə üzvlərimin hamısı Röyanın konsertində olacaq. Çalışdığım qədər məndə getməyi düşünürəm. Röyanın xəbəri yoxdur, amma mən ailə üzvlərimin hamısına bilet almışam özüdə ən yaxşı yerləri. Heç zaman Röyaya demərəm ki, mənə bilet ver. Röya mənim dostumdur. Onunla tez-tez görüşürəm və mesajlaşıram. Mən heç bir konsert verən dostumdan bilet istəməmişəm. Əgər getmək istəyirəmsə, bileti özüm alıram.

- Bəs Zamiq nə zaman konsert verəcək?  

- Yaxın zamanda mən də canlı solo konsert verəcəyəm. Konsertim isə ən sevdiyim məkan olan Heydər Əliyev Sarayında olacaq.  

Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - FOTO

Hikmət Hacıyev: Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - FOTO

Venesuelada son vəziyyət: Şəhərlər işıqsız və susuz qalıb

Venesuelada son vəziyyət: Şəhərlər işıqsız və susuz qalıb

Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO

Analığı evdən qovduğu üçün küçədə gecələyir – 49 yaşlı Aqilin HƏYAT HEKAYƏSİ – FOTO

Qalibaf: “ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır”

Qalibaf: “ABŞ-nin yetişdirdiyi yeganə məhsul inamsızlıqdır”

Diplomatik xidmət imtahanının nəticələri ilə bağlı MƏLUMAT

Diplomatik xidmət imtahanının nəticələri ilə bağlı MƏLUMAT

İyunun 29-da bu ərazidə qaz olmayacaq

İyunun 29-da bu ərazidə qaz olmayacaq

Azərbaycan və Qazaxıstan kağız blanklardan tam imtina edir - FOTO

Azərbaycan və Qazaxıstan kağız blanklardan tam imtina edir - FOTO

Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...

Tovuzda anasına əsəbiləşən kişi arvadını DÖYDÜ - Müəllim və şagirdlərin qarşısında...

Sahibkarlara göstərilən dəstəyin səmərəliliyi qiymətləndiriləcək – Qərar

Sahibkarlara göstərilən dəstəyin səmərəliliyi qiymətləndiriləcək – Qərar

Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ

Zəlzələ ilə sarsılan Venesuela Azərbaycana TƏŞƏKKÜR ETDİ

Hərbçilərimiz "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində - FOTO - VİDEO

Hərbçilərimiz "Anadolu Qartalı - 2026" beynəlxalq təlimində - FOTO - VİDEO

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

Baş nazirdən vergi ödəyiciləri ilə bağlı MÜHÜM QƏRAR

Mişel Obama xoşbəxt evliliyinin əsas sirrini açdı

Mişel Obama xoşbəxt evliliyinin əsas sirrini açdı

Tanınmış futbolçu Ukrayna müharibəsində HƏLAK OLDU

Tanınmış futbolçu Ukrayna müharibəsində HƏLAK OLDU

Sabah hərbi yürüş keçiriləcək şəhərlər AÇIQLANDI

Sabah hərbi yürüş keçiriləcək şəhərlər AÇIQLANDI

Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

Polşalılar məzuniyyətdə necə xəyanət edirlər? — Özəl xəfiyyə şok faktları açdı

Sabah Bakıda 5 istiqamətdə hərbçilərin yürüşü olacaq – SİYAHI

Sabah Bakıda 5 istiqamətdə hərbçilərin yürüşü olacaq – SİYAHI

Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

Lukaşenko Zelenskinin nümayəndələri ilə görüşüb? – Detallar açıqlandı - VİDEO

Ölümündən sonra təltif olunan polkovniklər...

Ölümündən sonra təltif olunan polkovniklər...

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı - FOTO

“SƏSLƏRİMİZ BİRLƏŞSİN” - Məktəblilər arasında I uşaq xor festivalı - FOTO

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib – FOTO

TƏBİB media ilə açıq dialoq formatında görüş keçirib – FOTO

Leyla Əliyevadan növbəti paylaşım - VİDEO

Leyla Əliyevadan növbəti paylaşım - VİDEO

Karakasda qadın uşağını dağıntılardan belə qorudu – ANBAAN VİDEO

Karakasda qadın uşağını dağıntılardan belə qorudu – ANBAAN VİDEO

Sabirabadda ağır qəza: ÖLƏN VAR

Sabirabadda ağır qəza: ÖLƏN VAR

End of content

No more pages to load

RADİO