Bağdad can hayındadır, Ankara piy axtarır

Proloq əvəzi haşıyə

Şair Məmməd Tahirlə hər gün görüşüb çay içdiyimiz kafedəyik. Təbiəti xoşumuza gəldiyindən hər dəfə “lövbərimizi” bura salır, ölkədə və dünyada baş verən prosesləri dartışırıq.

Yanımızdakı ağaca keçi bağlanıb. Keçi önünə qoyulan otdan-alafdan yeyir və öz halından xeyli məmnun görünür. Binəva bir neçə saatdan sonra kəsilib keçi kababı yemək istəyənlərin süfrəsini bəzəyəcəyindən xəbərsizdir. Dostumla onun bu mutlu anlarını dartışır və taleyindən xəbərsizliyinə acıyırıq.

Birdən ətrafa xoş kabab iyi yayılır. Öz-özümə düşünürəm; bəlkə də bu iy səhər eyni ağaca bağlanan bir başqa keçinin qızardılan ətidir və indiki keçinin qabağındakı ot-alaf da bəlkə elə ondan geri qalan paydır. Gözüm yenə qeyri-iradi olaraq ölüm qabağı otlayan keçiyə zillənir. Deyəsən qoxunu o da hiss edib. Başını bir anlığa yeməkdən ayırıb qoxu gələn tərəfə baxır. Amma bu halı uzun sürmür. Qısa zamandan sonra yenə başını aşağı salıb otlamağa davam edir. Məmməd bəydən soruşuram:

-Məmməd, səncə, bu keçi yediyi otu həzm edə biləcək? 

-Nə bilim? Niyə soruşursan?

-Məncə edə bilməyəcək. O zaman otu niyə belə acgözlüklə yeyir?

-Rəhmətliyin oğlu, nə qoyub, nə axtarırsan? Heç insan belə sən dediyin hikmətin fərqində deyil. Sənsə keçiyə ilişibsən.

Deyəsən dostum düz deyir. Xüsusilə, Yaxın Şərqdə baş verən hadisələrə nəzər salanda bəşər övladının öz ətrafında baş verənlərdən nəticə çıxarmadan yaşadığını anlayırsan. Heç uzağa getməyək. Bir vaxtlar az qala iqtisadi gücüylə, hərbi qüdrətiylə Yaxın Şərqdə fironluq eşqinə düşən İraqa nəzər salaq.

 

 

İraq dünyanın ən çox neft ehtiyatına malik 5-ci dövlətidir. Rəsmi statistikaya görə, bu ölkənin “balans”ında nə az, nə çox, düz 143.5 milyard varil neft var. Əhalisinin sayı isə 36 milyondur. Bizimlə müqayisə etsək, əhali sayına görə hardasa 4 dəfə, iqtisadi potensialına görə isə ən az 10 dəfə Azərbaycandan böyük dövlətdir. (Zira bizim əhalimiz 9 milyondan bir az çox, neft ehtiyatımız yenə eyni statiskaya görə cəmi 14 milyarddır). Di gəl ki, bizdən xeyli güclü potensiala malik olan bu ölkədə qan su yerinə axır, əhali acından ölür.

Son zamanlar İŞİD kabusunun ortaya çıxmasıyla İraqın vəziyyəti daha da acınacaqlı hala gəlib. Məzhəb savaşları yalnız əhalini məhv etmir, həm də İraq iqtisadiyyatının altını üstünə çevirir. Hətta deyərdim ki, bir damla nefti insan qanından üstün tutan imperializmin İraqda törətdiyi bütün vəhşiliklərin səbəbi bəlkə də elə iqtisadi cəhətdən onu bu hala gətirmək idi.

Təsəvvür edin ki, bu ölkə dünyanın ən önəmli neft bölgələrindən sayılsa da öz tələbatını ödəyən neft məhsullarını xarici dövlətlərdən almağa məhkum olunub. Bunu Türkiyənin Enerji və Təbii Ehtiyyatlar Naziri Taner Yıldızın sözləri də təsdiqləyir. Türkiyəli nazirin bildiriyinə görə İraq hökuməti onlardan benzin almaq tələbində bulunub. Rəsmi Ankara bu istəyə müsbət cavab versə hər gün qardaş ölkədən İraqa 4 min ton benzin daşınacaq. Böyük ehtimalla bu benzinin əvəzinə də ondan xam neft alınacaq.

İlk baxışdan adi iqtisadi əməkdaşlıq kimi görünən bu mal mübadiləsinin altında isə xeyli maraqlı məqamlar dayanır. Çünki İraq öz neftini satışa dünya bazarda olan qiymətə çıxarmır. Yeganə gəlir mənbəyi olan sərvətini mövcud tariflərin hardasa yarı qiymətinə sata bilsə sevinir. Belə ki, hal-hazırda neftin dünya bazarında bir bareli 115 dollardır. İraq isə öz sərvətini ən yaxşı halda 50-55 dollara sata bilir. Nədənmi? Çünki əhalisinin qarnını, idarəçilərinin gözünü doyurmaq, yaralarını sarımaq, silah alıb özünü özündən qorumaq üçün o, sadəcə buna məhkumdur. Daha doğrusu məhkum olunub.

Əvvəllər İraqın öz benzin ehtiyaclarını ödəyən neftayırma müəssisələri vardı. Bu müəssisələr Beyci adlı coğrafiyada yerləşirdi.  İraqın tam ortasında bulunan həmin yeri indi İŞİD yaraqlıları ələ keçirib və rafinələr öz fəaliyyətini dayandırıblar. İraq hökuməti bundan sonra hətta o yeri alsa belə neftayırma zavodları yerlə yeksan olacaq. Beləcə, dünyanın ən önəmli neft ehtiyatlarına sahib ölkəsi öz benzinini ya Türkiyədən, ya İrandan, ya da bir vaxtlar kəlləsini əzməyə çalışdığı Küveytdən almağa çalışacaq. 

Dünyada 1 litr benzinin orta qiymətinin 1 dollar olduğunu nəzərə alsaq və tarifləri qarşılaşdırsaq, İraq xaricə satdığı hər barel neftin qiymətinə sadəcə 50 litr benzin ala biləcək. Yəni bir barel nefti bir minik maşınının bakı qədər, hətta ondan da az benzinə dəyişəcək. Görünür, məhz bu böyük fərqi nəzərə alan Taner Yıldız öz əndişələrini belə dilə gətirir:  “Ancaq bunun nəqli özəlliklə Habur sərhəd qapısında çox ciddi tıxacların oluşmasına, növbələrin artmasına nədən olacaq. Bu işin necə təşkili ilə əlaqədar Gömrük və Ticarət Nazirimizlə də görüşmələrimiz olacaq. Hər halda mübadilənin gerçəkləşməsinin asan olmayacağını söyləyə bilərəm.”

Bütün bu baş verənlərin işığında Yaxın Şərqdə yaşananlara nəzər salanda  Türkiyənin də öz bölgəsinin bölüşdürülməsi proseslərində niyə yer aldığını anlaya bilirsən. Görünür, qardaş ölkə onsuz da yaşanacaqların qarşısını almaq və öz əleyhinə çevrilməsini istəmədiyi üçün məcburən bu addımları atır. Onun özəlliklə Liviya hadisələrindən aldığı dərslər var. O zamankı əks mövqeyi 20 milyard dollarlıq zərərlə nəticələnmiş və istənilən effekti verməmişdi. ABŞ-ın İraqa hücumu zamanı rəsmi Ankaranın super gücün əleyhinə hərəkət etməsi də öz sərhədində Kürdüstan kabusunun yaranmasına səbəb olmuşdu. Yəqin ki, eyni yanlışa düşməmək üçün Türkiyə proseslərə aktiv yer almaq, dəngələri öz xeyrinə dəyişmək istəyir. Üstəlik, İraqın parçalanması və ya zəif duruma düşürülməsi onun iqtisadi maraqlarına da uyğundur.

Fəqət bütün bunlar cari məqsədlər üçün belədir. Suriyada başlayıb İraqa yayılan və yaxında bütün coğrafiyanı bürümə ehtimalı olan məhzəb savaşlarının körüklənməsi yaxın perspektivdə rəsmi Ankaranı da içindən çıxa bilməyəcəyi atəş çəmbərinə doğru çəkir. Bütün yaxın ətrafını bürüyən atəş onun da hüzurunu qaçıra, daxili ziddiyyətlərin yaranmasına yol aça bilər. Bütün bunlar isə məzlum bir ölkəyə gündə 4 min ton benzin satmağın bədəli deyil və ola da bilməz. Yaxud Quzey İraq neftinin Türkiyə üzərindən nəql olunması və bunun üçün Halkbankın xeyli varlanma ehtimalı da bu itkilərin əvəzi deyil. 

Unudulmamalıdır ki, Yaxın Şərq coğrafiyasında heç bir şey uzunömürlü deyil. Hər an dəngələr dəyişilir, dünənin qalibi bu günün məğlubuna çevrilir. Bölgədə münaqişələr yaratmaq istəyən güclər bunu bəzən qəsdlə yaradırlar. Məqsəd qüvvələri bir-birinə düşürmək, ortada qalib tərəf saxlamamaqdır. Yalnız belə olacağı təqdirdə ən yaxşı kölə, tərəfdar tapıla və o, az divident müqabilində ağalarına xidmət göstərə bilər.

 Üstəlik, İŞİD-in at oynatdığı bölgələrdə ən müdafiəsiz durumda olan qüvvə Türkmənlərdir. Türkmənlərin özünü müdafiə sistemləri təşkil olunmayana qədər Quzey İraqda partladılan hər bomba Türkiyənin böyük dövlət olmaq potensialını sarsıdır.

Bütün bunları nəzərə alan qardaş ölkə kiçik hədəflərin peşinə düşməməli, “Bağdad can hayındadır, Ankara piy axtarır” məntiqindən uzaq durmalıdır. Yoxsa özü ot yeyə- yeyə kəsiləcəyi anı gözləyən keçinin vəziyyətinə düşə bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Kürdəmirdə mağaza yanaraq külə döndü - FOTO

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Türkiyədə sutka ərzində 20-dən çox ZƏLZƏLƏ OLDU

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Pezeşkian: “İran hökuməti Müctəba Xameneiyə tabedir”

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

Yük maşını ilə çaya düşüb boğulan şəxsin meyiti TAPILDI

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

DÇ-2026: İngiltərə millisi 1/8 finalda

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

Lyayendən Azərbaycana səfəri ilə bağlı VİDEOÇARX

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

İqbal Ağazadənin adı ilə Ləman Ələşrəfqızını aldatdılar - Jurnalist 600 manatından oldu

Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Şəkidə 6 otaqlı fərdi ev YANDI - VİDEO

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Livan Prezidenti: “İsraillə razılaşma sülh sazişi deyil”

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Afrika ölkəsində təbii fəlakət 59 can aldı

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Qazaxıstan Rusiyaya benzin GÖNDƏRƏCƏK

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Bakının bu ərazilərində ev almağa tələsin: Qiymətlər arta bilər

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

Cüdoçularımız Avropa çempionatında 10 medal QAZANDI - FOTO

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

İqbal Ağazadənin başına iş gəldi: “Adımdan pul istəyirlər”

Sumqayıtda evdən cansız bədən TAPILDI

Sumqayıtda evdən cansız bədən TAPILDI

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

Pezeşkian əzadarlıq mərasimində iştirak etdi - VİDEO

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

“Beşiktaş” 6 futbolçu ilə yollarını ayırdı

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Dünya tarixini dəyişən bacının ruhi dispanserdə ölən qardaşı...

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Azərbaycan nadir ölkələrdəndir ki... - Lyayen

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

Ukraynada həlak olan Fatimənin əmisindən ürəkdağlayan sözlər - VİDEO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

"Azərbaycan-Aİ tərəfdaşlığı: Üfüqləri aşan baxış" - FOTO

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

Bakıda temperatur 40 dərəcəyə çatıb – İyun ayının STATİSTİKASI

Millimiz ev oyununu Gəncədə keçirəcək

Millimiz ev oyununu Gəncədə keçirəcək

End of content

No more pages to load

RADİO