Samuxda çayda boğulan şəxsin meyiti tapılıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, yük avtomobilinin aşması nəticəsində Mingəçevir Su Anbarının Samux rayon hissəsindən keçən ərazisində batan 1992-ci il təvəllüdlü Vüsal Nəzərovun meyiti sudan çıxarılıb.
Hadisə zamanı Roman Mirzəyev və Şamil Sadıqov da müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin ehtimala görə, hadisə "MAZ" markalı avtomobilin aşması nəticəsində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov Bizim. Media Qərb Bürosu