Qazaxıstan humanitar yardım çərçivəsində Rusiyaya 50 min ton "Ai-92" və "Ai-95" markalı benzin tədarük edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yanacaq Pavlodar Neft-Kimya Zavodundan və "Kondensat" neft emalı zavodundan götürülə bilər.
Agentlik vurğulayıb ki, 50 min ton yanacaq Rusiya üçün cüzi bir həcmdir, lakin Qazaxıstan bazarı üçün belə bir tədarük mənfi nəticələrə səbəb ola bilər. Buna baxmayaraq, göndərilmə ilə bağlı prinsipial razılıq artıq əldə olunub.
Bizim.Media