İran Prezidenti Məsud Pezeşkian bildirib ki, başçılıq etdiyi hökumət İslam Respublikasının Ali rəhbəri Müctəba Xameneiyə tabedir.
Bizim.Media xəbər verir ki, bu barədə ISNA məlumat yayıb.
"Əgər rəhbərlik danışıqlar aparmamağı və ya görüş keçirməməyi əmr etsəydi, biz mütləq tabe olardıq", - o qeyd edib.
İran Prezidenti hökumətin ali rəhbərliyin rəyinə tabe olmaması ilə bağlı bəzi ittihamlara istinad edərək, vurğulayıb ki, hökumət inqilab liderinin mövqeyinə əməl edir.
Bizim.Media