Kot-d'İvuarda son günlər baş vermiş daşqın nəticəsində 59 nəfər həyatını itirib.
Bizim.Media “Reuters”ə istinadla xəbər verir ki, bu barədə hökumətin rəsmi nümayəndəsi Amadu Kulibali məlumat verib.
"Daşqınlar ölkədə 59 insanın həyatına son qoyub", - deyə o bildirib.
Ən çox qurban ölkənin iqtisadi paytaxtı olan Abican şəhərində qeydə alınıb. Ən böyük dağıntılar yoxsul əhalinin yaşadığı Attekube və Yopuqon məhəllələrində qeydə alınıb.
Bizim.Media