Avropa Cənubi Qafqaza 200 milyon avroyadək investisiya yatıracaq

Avropa İttifaqı (Aİ) "Global Gateway" proqramı çərçivəsində Cənubi Qafqazda bağlantının inkişafı layihələrinə 200 milyon avro məbləğində qrant ayıracaq.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen iyulun 1-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Aİ qarşılıqlı bağlılıq vasitəsilə sülhü təşviq etmək istəyir:

"Bizim "Global Gateway" adlı proqramımız var və biz Qafqazda bağlantı layihələrini stimullaşdırmaq üçün 200 milyon avro məbləğində qrantlar ayıracağıq və bu, 2 milyard avro potensialı olan bir gələcək yaradacaq. Söhbət həm özəl, həm də dövlət investisiyalarından, həmçinin Naxçıvan istiqamətində dəmir yolundan, layihələrin həyata keçirilməsindən və Bakı limanının inkişafından gedir".

Avropa Komissiyasının rəhbəri vurğulayıb ki, bu gün Cənubi Qafqaz çox mühüm yolayrıcında yerləşir, bu da onun strateji əhəmiyyətini artırır, Azərbaycan isə burada vacib rol oynayır:

"Sizin ölkəniz regional sabitliyi və inkişafı təşviq edə bilən azsaylı ölkələrdən biridir. Bu gün Azərbaycan və Avropa İttifaqı bağlantı sahəsində də yüksək səviyyəli dialoq həyata keçirir. Eyni şeyi rəqəmsal bağlantı barədə də demək olar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Balarəhim Quliyevə yüksək vəzifə verildi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Vens ABŞ ilə İran arasındakı münaqişəni müharibə hesab etmədi

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Bloger və influenserlər vergiyə cəlb edilir - VİDEO

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Göygöldə avtomobil skuter sürən yeniyetməni vurdu

Elgiz yeni verilişinin tarixini açıqladı

Elgiz yeni verilişinin tarixini açıqladı

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

Netanyahu: “Əsas məqsədimiz İran rejimini devirməkdir”

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

"CBS News": Pit Heqset ordu naziri vəzifəsinə namizədini açıqlayıb

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Ermənistandan Azərbaycana mümkün ixrac məhsulları AÇIQLANDI

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Rusiya üzərində Ukraynaya məxsus 426 dron vuruldu

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Tramp Kanadanın siyasətçilərinə xəbərdarlıq etdi

Bakının bu rayonunda 15 bina söküləcək

Bakının bu rayonunda 15 bina söküləcək

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

Şimali Kiprdə gəmi qəzasında ölənlərin sayı ARTDI

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

ChatGPT-nin fəaliyyətində nasazlıq yarandı

Yaxın 2 gündə HAVA necə olacaq?

Yaxın 2 gündə HAVA necə olacaq?

Binədə güclü yanğın – VİDEO

Binədə güclü yanğın – VİDEO

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

İran Oman vasitəsilə Vaşinqtona xəbərdarlıq məktubu göndərdi - Livanla bağlı...

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistan prezidenti Azərbaycanla SÜLHDƏN danışdı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Ermənistanda müxalifətçi deputatın ev dustaqlığı uzadıldı

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

Tramp ABŞ-nin silah ehtiyatlarını necə bərpa etdiyini AÇIQLADI

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

"Ktatau" ləqəbli futbolçu "Zirə"də

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Eldəniz Məmmədovun ailəsində itki – FOTO

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Nepalda daşqınlardan sonra içməli su qıtlığı yaranıb

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Belçika baş nazirinin Modiyə apardığı şokolad əridi - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

Qusarın Laza kəndinə yenidən palçıq axını gəlib - VİDEO

End of content

No more pages to load

RADİO