Moderator.az - ın baş redaktorundan üç nazirliyin rəhbərinə müraciət...

Daxili işlər naziri Ramil Usubova, milli təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Mədət Quliyevə, rabitə və yüksək texnologiyalar nazirinin səlahiyyətlərini icra edən İltimas Məmmədova

Moderator.az saytının baş redaktoru Zülfüqar Hüseynzadə tərəfindən 

Müraciət!


Hörmətli səlahiyyət sahibləri!

Ölkənin ən populyar və sanballı xəbər istehsalçılarından biri olan Moderator.az bir həftədir ki, kibercinayətkarlığın poliqonuna çevrilmiş Azərbaycanda savaşla üz-üzədir. Noyabrın 10-dan əvvəl saytın özünə qarşı çox ciddi hücumları dəf etmək zorunda qaldıq və çox çətinliklə buna nail olduq. Ardından sayt rəhbərliyinin və əməkdaşlarının profillərinə hücum oldu, bu zaman hakerlər - əslində onlara kibercinayətkarlar deyilsə doğru olardı- saytın 36 minlik bəyənməsi olan səhifəsinin parolunu sındıraraq ələ keçirdilər. Ola bilsin ki, sizlər bu sahənin peşəkarları olmadığınızdan sayta məxsus səhifənin oğurlanmasının nə demək olduğunu təsəvvür edə bilmirsiniz. Amma bu, bizim üçün sözlə ifadə edilməyəcək bir itkidir. Loru dildə desək, bu, saytın onurğa sütununun sındırılması və aktivliyin dəfələrlə azalmasıdır. Hər bir sayt üçün halal yolla, yəni digər yardımçı səhifələrin transferi ilə süni yola əl atmadan bu qədər aktiv izləyicisi olan səhifənin itirilməsi onun ölkənin informasiya məkanından sıxışdırılıb çıxarılması cəhdinin tərkib hissəsidir. 

Hörmətli səlahiyyət sahibləri!

Hər birinizlə şəxsi tanışlığım olmasa da Moderator.az oxucusu olduğunuzdan tam əminəm və saytımızın ölkənin informasiya məkanında tutduğu mövqedən də kifayət qədər məlumatlı olduğunuza şübhəm yoxdur. Odur ki, hər birinizə müraciət edərək Sizlərə dostluq əli uzadan bir jurnalist babanın bu xahişini yerə salmayacağınıza ümid edirəm. Bizə qarşı bu təxribatı törədənlərin kimliyini bilmək haqqımızdır və bu şəxslərin müəyyənləşdirilərək ifşa edilməsi rəhbərlik etdiyiniz müvafiq strukturların əlində obrazlı ifadə edilsə, iki vur ikidir. Odur ki, Sizdən kömək istəyirəm və sayta məxsus səhifənin geri qaytarılması üçün əməkdaşlarınıza tapşırıq verəcəyinizə ümid edirəm, bununla siz özünü təsdiq edərək cəmiyyətdə kifayət qədər hüsn-rəğbətə sahib bir saytın dostu ola bilərsiniz. Mən Sizlərdən təxirəsalınmaz addımlar gözləyirəm. 

Çünki Facebook şirkətinə müraciətimizə hələ də cavab yoxdur və onların bu tip müraciətlərə baxması proseduru az qala Avropa İnsan Haqları Məhkəməsindəki prosedurlar qədər uzundərə və bezdiricidir. Ona görə də ümidim Sizlərədir və dəstəyinizə möhtac olduğumu bir daha vurğulamaq istəyirəm. Əvvəlcədən minnətdarlığımı bildirirəm".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tramp iranlı qadınları edamdan necə xilas edib? – Özü danışdı – VİDEO

Tramp iranlı qadınları edamdan necə xilas edib? – Özü danışdı – VİDEO

İsrail və Livan arasında atəşkəs üç həftə UZADILACAQ – FOTO

İsrail və Livan arasında atəşkəs üç həftə UZADILACAQ – FOTO

Valideynlərlə yaşamaq evliliyə necə təsir edir? – VİDEOSORĞU

Valideynlərlə yaşamaq evliliyə necə təsir edir? – VİDEOSORĞU

SON DƏQİQƏ! Qobustanda torpaq qatı ÇÖKDÜ – Ölən və yaralanan var – VİDEO

SON DƏQİQƏ! Qobustanda torpaq qatı ÇÖKDÜ – Ölən və yaralanan var – VİDEO

İllərdir zərərli olduğu deyilirdi — Xərçəngdən qoruyurmuş

İllərdir zərərli olduğu deyilirdi — Xərçəngdən qoruyurmuş

"Nə vaxta qədər ərə siqaret pulu verməli idim?"

"Nə vaxta qədər ərə siqaret pulu verməli idim?"

“Arvadına salamlarımı çatdırın” - Şahzadə Harriyə ironik cavab - VİDEO

“Arvadına salamlarımı çatdırın” - Şahzadə Harriyə ironik cavab - VİDEO

Pilotlar selfi çəkərkən təyyarələr toqquşub - Detallar

Pilotlar selfi çəkərkən təyyarələr toqquşub - Detallar

Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEO

Ağstafada məktəbdə qanlı insident: Valideynlər nəyi gizlədirlər? - VİDEO

Qarışqaların izini itirən 6 sadə üsul

Qarışqaların izini itirən 6 sadə üsul

Nüvə silahından istifadə iddialarına Trampdan REAKSİYA – VİDEO

Nüvə silahından istifadə iddialarına Trampdan REAKSİYA – VİDEO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib

Bu qəsəbədə evlər sürətlə bahalaşır: Torpaq tapmaq çətinləşib

BİZİM TƏQVİM: 24 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 24 apreldə baş vermiş tarixi hadisələr

QƏHVƏ əslində faydalıdır - Bəs onu ZƏHƏRƏ çevirən nədir?

QƏHVƏ əslində faydalıdır - Bəs onu ZƏHƏRƏ çevirən nədir?

"Ramala görə hamı əsəb keçirirdi..." - Xalq artisti olan bibisi DANIŞDI

"Ramala görə hamı əsəb keçirirdi..." - Xalq artisti olan bibisi DANIŞDI

Rusiyada dövlət böyüklüyündə torpaq sahələri SATILIR

Rusiyada dövlət böyüklüyündə torpaq sahələri SATILIR

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

İranda ölənlərin SAYI açıqlandı: ABŞ-İsrail zərbələrindən...

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Həcc mövsümündə Səuddiyə Ərəbistanına gedənlərə XƏBƏRDARLIQ: Cərimələnə bilərsiniz

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Bakı Bulvarında Caz və Şərab Festivalı başlayır - FOTOLAR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Günlük 50 manatdan 1000 manatadək: dənizkənarı kirayə bazarında REAL QİYMƏTLƏR

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Zelenski 90 MİLYARD avronu hara xərcləyəcəyindən DANIŞDI

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

Təqaüdə çıxdıqdan sonra özünü daha yaxşı hiss edəcək BÜRCLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

End of content

No more pages to load

RADİO