Kibertəhlükəsizlik məsələləri müzakirə olundu - Azərbaycan-Türkiyə

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin rəhbəri Ali Taha Koçla görüş keçirib.

Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Türkiyə arasında kibertəhlükəsizlik, “Hökumət buludu” və insan kapitalının inkişafı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub.

“TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının bu il ilk dəfə Türkiyədən kənarda məhz Azərbaycanda keçirilməsi ölkələrimiz arasında mövcud olan tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin növbəti uğurlu nümunəsi kimi dəyərləndirilib.
Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın festivalda iştirak etmələri və müsabiqələrin qaliblərini şəxsən mükafatlandırmaları “TEKNOFEST Azərbaycan” tədbirinə, eləcə də gənclərin texnologiya sahəsində fəaliyyətinə ən yüksək səviyyədə dəstəyin göstəricisidir.

Görüşdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Rəqəmsal Transformasiya Ofisi ilə də uğurla əməkdaşlıq etdiyi diqqətə çatdırılıb.

Əlavə olunub ki, ötən ilin sentyabr ayında Bakıda imzalanmış Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi bu əməkdaşlıq üçün hüquqi baza rolunu oynayır.

Qeyd edək ki, Rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun yaradılması barədə razılıq rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koç arasında 18 fevral 2021-ci il tarixində Ankara şəhərində keçirilmiş görüş zamanı əldə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində - FOTO

Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində - FOTO

Tramp ən son nə vaxt Türkiyəyə gəlib?

Tramp ən son nə vaxt Türkiyəyə gəlib?

“Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verildi - FOTO

“Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verildi - FOTO

Ərdoğan Trampı hava limanında belə qarşıladı – FOTO/VİDEO

Ərdoğan Trampı hava limanında belə qarşıladı – FOTO/VİDEO

Süni intellektin yaratdığı aktrisa "böyük ekran"a çıxır - Hollivudda NARAZILIQ

Süni intellektin yaratdığı aktrisa "böyük ekran"a çıxır - Hollivudda NARAZILIQ

Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT – Azərbaycanla əməkdaşlıq böyük güclərin DİQQƏT MƏRKƏZİNDƏ

Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT – Azərbaycanla əməkdaşlıq böyük güclərin DİQQƏT MƏRKƏZİNDƏ

Rusiyalı gənc polis forması geyinib növbəsiz yanacaq doldurdu - VİDEO

Rusiyalı gənc polis forması geyinib növbəsiz yanacaq doldurdu - VİDEO

Vilayət Eyvazov Lerikdə qəbul, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

Vilayət Eyvazov Lerikdə qəbul, Lənkəranda sıra baxışı keçirdi - FOTO/VİDEO

Murad Əhmədov rüşvət ittihamı ilə HƏBS EDİLDİ

Murad Əhmədov rüşvət ittihamı ilə HƏBS EDİLDİ

Moskvada qeyri-adi mənzərə: Şəhər küçələrində atlar görüntüləndi - VİDEO

Moskvada qeyri-adi mənzərə: Şəhər küçələrində atlar görüntüləndi - VİDEO

"Müharibə Ukraynanın da Rusiyaya ciddi zərbələr endirə bildiyi mərhələyə keçib"

"Müharibə Ukraynanın da Rusiyaya ciddi zərbələr endirə bildiyi mərhələyə keçib"

Generala yüksək vəzifə verildi - TƏYİNAT

Generala yüksək vəzifə verildi - TƏYİNAT

İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

İranlı hakerlərdən İsrailin dövlət qurumlarına KİBERHÜCUM

Numan Kurtulmuş: "Arzu edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz formalaşdırsın"

Numan Kurtulmuş: "Arzu edirəm ki, Türkiyə, Azərbaycan və Ermənistan vahid bir mərkəz formalaşdırsın"

ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

ABŞ silahları Avropada istehsal edilcək - NATO-nun baş katibi

Kiyevdə xilasetmə əməliyyatı başa çatdı – 19 ölü, 61 yaralı var – FOTO

Kiyevdə xilasetmə əməliyyatı başa çatdı – 19 ölü, 61 yaralı var – FOTO

Lavrov Avropanın Ukraynaya silah yardımı HAQDA: "Öz işlərini Kiyevin əli ilə görürlər" – VİDEO

Lavrov Avropanın Ukraynaya silah yardımı HAQDA: "Öz işlərini Kiyevin əli ilə görürlər" – VİDEO

Trampın təyyarəsi Ankarada – VİDEO

Trampın təyyarəsi Ankarada – VİDEO

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

Almaniyada "yumurta böhranı": Marketlər satışa limit qoydu

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

“Media Masası”nın ikinci verilişi hazırlanır – VİDEO

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE-dən AÇIQLAMA

Valideynlərin DİQQƏTİNƏ - Məktəbli formaları bahalaşa bilər – BTE-dən AÇIQLAMA

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

Zakir Həsənov Aqil Qurbanova medal təqdim etdi - Fotolar

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

BTQ Kanakidəki seçkilərə həsr olunan görüş təşkil etdi – FOTO

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

Tokayevin prezidentlik müddəti yenidən HESABLANACAQ

End of content

No more pages to load

RADİO