Ramin Məmmədov I Beynəlxalq İslam Sivilizasiyası Forumunun açılış mərasimində - FOTO

İyulun 7-də Özbəkistan Respublikasında keçirilən I Beynəlxalq İslam Sivilizasiyası Forumu öz işinə başlayıb.

Bizim.Media xəbər verir ki, tədbirdə Azərbaycan, Mərakeş, Misir, İordaniya, Malayziya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Fələstin, Maldiv, Suriya, Rusiya, Serbiya, Finlandiya, Oman və digər ölkələrdən dini məsələlər və mədəniyyət sahələrinə məsul dövlət orqanlarının rəhbərləri, dini liderlər, beynəlxalq təşkilatların, ali təhsil, elmi-tədqiqat müəssisələrinin nümayəndələri iştirak edirlər.
 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov forumda çıxış edərək Azərbaycanda multikultural dəyərlərin təşviqi və konfessiyalararası həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı görülən tədbirlər barədə məlumat verib.


Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Azərbaycanda dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərin təbliği, tolerantlıq ənənələrinin qorunması üçün əlverişli mühit formalaşıb.

O, ölkəmizin qlobal miqyasda sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verdiyini, bu istiqamətdə irəli sürülən təşəbbüslərin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Vurğulayıb ki, Azərbaycanda məscidlərin, kilsələrin və sinaqoqların bərpası dövlət tərəfindən dəstəklənir, fərqli inanclara hörmət isə milli sərvət kimi qiymətləndirilir.
 

İşğaldan azad edilmiş ərazilərdə dağıdılmış dini-mədəni irs nümunələrinin bərpası ilə bağlı tədbirlərin Azərbaycanın milli irsinin, eləcə də İslam sivilizasiyasının ayrılmaz hissəsi olan ümumbəşəri mədəni mirasın qorunmasına xidmət etdiyini diqqətə çatdırıb.


Ramin Məmmədov çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər Komitəsi, habelə Dövlət Komitəsi tabeliyində Azərbaycan İlahyyat İnstitutu ilə Özbəkistan Beynəlxalq İslam Akademiyası arasında qurulmuş əməkdaşlıq haqqında da danışıb.

O, dini maarifləndirmə, radikalizmlə mübarizə, elmi tədqiqatlar və beynəlxalq layihələrin həyata keçirilməsi istiqamətlərində əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu deyib.

Dövlət Komitəsinin sədri ötən ay Şuşa şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər yaratdığını vurğulayıb. Bildirib ki, görüşün yekununda qəbul edilmiş Kommunikedə əksini tapan müddəalar Birinci Beynəlxalq İslam Forumunun əsas müzakirə mövzuları ilə səsləşir və İslam sivilizasiyasının sülh, tolerantlıq və maarifçilik dəyərlərinin təşviqinə xidmət edir.

R.Məmmədov Azərbaycan və Özbəkistanın dövlət başçılarının müəyyən etdiyi strateji baxış əsasında iki ölkənin İslam sivilizasiyasının zəngin irsinin yaşadılması, türk dünyasının həmrəyliyinin möhkəmləndirilməsi və qlobal sülhün təşviqi istiqamətində əməkdaşlığı bundan sonra da uğurla davam etdirəcəyinə əminliyini ifadə edib.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mehdibad sakinləri üfunətdən gileylənirlər - VİDEO

Mehdibad sakinləri üfunətdən gileylənirlər - VİDEO

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

Məktəbdəki bayram şənliyindən sonra dəhşət yaşamışdılar- Sürücü həbs edildi

İlham Əliyev: “Azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirirəm”

İlham Əliyev: “Azad edilmiş ərazilərimizin bərpasında Slovakiyanın iştirakını yüksək qiymətləndirirəm”

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

Qırğızıstanda dağa “Şanxay Əməkdaşlıq Təşkilatı Zirvəsi” adı verildi

İlham Əliyevdən Slovakiya Prezidentinə MƏKTUB

İlham Əliyevdən Slovakiya Prezidentinə MƏKTUB

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Məşhur turizm şirkətinin rəhbəri Polşada həbs edildi

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı

Bu ailələrə hər ay 600 manat veriləcək - Nazirlik məlumat yaydı

Ötən ay nə qədər ərazi mina və partlayıcılardan təmizlənib?

Ötən ay nə qədər ərazi mina və partlayıcılardan təmizlənib?

Prezident Bişkekdə Narendra Modi ilə görüşdü – FOTO

Prezident Bişkekdə Narendra Modi ilə görüşdü – FOTO

“ŞƏT plyus” sammitində liderlər birgə foto çəkdirdilər – VİDEO

“ŞƏT plyus” sammitində liderlər birgə foto çəkdirdilər – VİDEO

Ceyhun Bayramov Əraqçi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ceyhun Bayramov Əraqçi ilə GÖRÜŞDÜ: Nələr müzakirə edildi? – FOTO

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbul üçün ixtisas seçimi davam edir

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTO -VİDEO

İlham Əliyev “ŞƏT plyus” formatında görüşdə iştirak edir - FOTO -VİDEO

Bu 3 bürcün bəxt çarxı dönür

Bu 3 bürcün bəxt çarxı dönür

Toyuq ətini əvəz edən qida- Tərkibində 25 faiz zülal var

Toyuq ətini əvəz edən qida- Tərkibində 25 faiz zülal var

ŞƏT ölkələrinin liderləri yekun sənədləri imzalayırlar – VİDEO

ŞƏT ölkələrinin liderləri yekun sənədləri imzalayırlar – VİDEO

Övladlığa verilən uşaqların sonrakı taleyi necə izlənilir? – Rəsmi CAVAB

Övladlığa verilən uşaqların sonrakı taleyi necə izlənilir? – Rəsmi CAVAB

ABŞ İraqa 800 milyon dollarlıq helikopter satır

ABŞ İraqa 800 milyon dollarlıq helikopter satır

"Kurtlar vadisi"nin aktyoru yeni serialda -Foto

"Kurtlar vadisi"nin aktyoru yeni serialda -Foto

Qızıl və gümüş bahalaşdı

Qızıl və gümüş bahalaşdı

Putindən silahlı münaqişələri qızışdıranlara irad – VİDEO

Putindən silahlı münaqişələri qızışdıranlara irad – VİDEO

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək –XƏBƏRDARLIQ

Bəzi yerlərdə leysan olacaq, dolu düşəcək –XƏBƏRDARLIQ

Tramp İrana qarşı nüvə silahından istifadə edəcəkmi? – VİDEO

Tramp İrana qarşı nüvə silahından istifadə edəcəkmi? – VİDEO

100 yaşını iş başında qeyd etdi

100 yaşını iş başında qeyd etdi

End of content

No more pages to load

RADİO