“Minkənd” Su Elektrik Stansiyası açıldı, “Tekstil Klasteri”nin isə təməli qoyuldu- FOTO

Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında "Textile Horizon" MMC-nin "Tekstil Klasteri" layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev, "Azərşəkər" MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və "Global Textile Group"un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basdılar.

Qeyd edək ki, ötən il Mingəçevir Sənaye Parkının rezidenti statusu verilən "Textile Horizon" MMC-nin təsisçiləri "Azərşəkər" MMC, "Global Textile" LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur. Layihə çərçivəsində pambıq əkinindən başlayaraq, mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur.

Müəssisə Mingəçevir Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanacaq. Sahəsi 11,2 hektar olan müəssisədə ildə 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsalı nəzərdə tutulur. Məhsulların daxili bazarla yanaşı, ixracı da planlaşdırılır.

Həmçinin İlham Əliyevin iştirakı ilə sentyabrın 26-da Bakıda Konqres Mərkəzində onlayn formatda Laçın rayonunda "Minkənd" Kiçik Su Elektrik Stansiyasının açılışı olub.
Prezident İlham Əliyev və Türkiyənin "Demirören Holdinq"inin prezidenti Yıldırım Demirören stansiyanın onlayn formatda açılışını bildirən düyməni basdılar.
 

Qeyd edək ki, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə yaşıl enerji potensialının reallaşdırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu baxımdan, Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarı layihəsi xüsusi əhəmiyyət kəsb edir. Bu layihəyə daxil olan "Minkənd" Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Stansiya Avstriya və İtaliya texnologiyaları əsasında qurulub.


Kəlbəcər və Laçında kiçik su elektrik stansiyalarının bərpası, tikintisi və uzunmüddətli istismarını əhatə edən layihə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi əsasında həyata keçirilir. Ümumi dəyəri 53,2 milyon manat olan layihəyə "Minkənd", "Qalaca-1", "Qalaca-2", "Malıbəy" və "Tərtər-1" kiçik su elektrik stansiyaları daxildir. Digər stansiyaların 2026-cı ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Onların istismar müddəti 30 ildir. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı 44,1 milyon kVt/ saatdır. Layihəyə işğaldan azad olunmuş ərazilər üçün nəzərdə tutulan güzəşt və azadolmalar tətbiq edilib, həmçinin İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib.

Layihə ilə bağlı fəaliyyət göstərən "Green Karabakh Energy" MMC-də "Demirören Holdinq" və Azərbaycan Biznesinin İnkişafı Fondu iştirak payına malikdir.











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zidan 16 illik Fransa rekorduna imza atdı

Zidan 16 illik Fransa rekorduna imza atdı

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

End of content

No more pages to load

RADİO