Fuad Nağıyev: “2025-ci ildə turizm xidmətlərindən 2 mlrd. dollara yaxın valyuta gəliri əldə olunub”

2025-ci ildə Azərbaycanda turizmlə bağlı fəaliyyətlərin yaratdığı əlavə dəyər təxminən 7 milyard manat təşkil edib.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda sessiyada çıxışı zamanı deyib.

O bildirib ki, turizmin ölkə iqtisadiyyatında payı təxminən 5,4%-ə çatıb.

Agentlik sədri bildirib ki, turizm iqtisadiyyatın şaxələndirilməsinin mühüm komponentinə çevrilib və sektorun inkişafı iqtisadiyyatın bir sıra digər sahələrinə də təsir göstərir.

O, turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün yeni Dövlət Proqramının qəbul edilməsini də diqqətə çatdırıb.

Fuad Nağıyev qeyd edib ki, proqramın əsas prioritetlərindən biri daha əlverişli və rəqabətqabiliyyətli investisiya mühitinin yaradılmasıdır.

Onun sözlərinə görə, proqram çərçivəsində mehmanxanalar və digər yerləşmə vasitələri, sağlamlıq və kurort müəssisələri, qış turizmi obyektləri, həmçinin MICE və işgüzar turizmi dəstəkləyən konfrans infrastrukturu üzrə investisiya layihələri üçün kredit faiz subsidiyalarına dair yeni mexanizm nəzərdə tutulur.

“Bu proqram növbəti dörd il üçün yol xəritəsi rolunu oynayır”, - Dövlət Turizm Agentliyinin sədri bildirib.

O əlavə edib ki, proqram çərçivəsində yerləşmə infrastrukturuna investisiyaların subsidiyalaşdırılması, əlavə müntəzəm və çarter aviareyslərinin dəstəklənməsi, beynəlxalq turistlərin cəlb edilməsi üçün subsidiyalar, turizmlə bağlı tədbirlərə və mikro və kiçik turizm bizneslərinə dəstək kimi mexanizmlər də nəzərdə tutulur.

Fuad Nağıyev həmçinin turizm və rekreasiya zonalarının inkişafının investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, bu zonalar infrastruktur, turizm xidmətləri və destinasiyaların inkişafını bir araya gətirərək dayanıqlı turizm və investisiya üçün imkanlar yaradır.

Dövlət Turizm Agentliyinin sədri Azərbaycanın müxtəlif regionlarının, zəngin mədəni irsinin və unikal turizm imkanlarının beynəlxalq turistlər üçün yüksək dəyərli turizm məhsullarının yaradılmasına imkan verdiyini qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zidan 16 illik Fransa rekorduna imza atdı

Zidan 16 illik Fransa rekorduna imza atdı

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

İnterneti Wi-Fi olmadan paylaşmağın yolu

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi - FOTO

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Bakının bu küçəsində işıqforun vaxtı dəyişdirildi

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Builki subasmanın NƏTİCƏSİ: 1351 vətəndaş təxliyə olunub

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

Azərbaycan - Lixtenşteyn oyununun hakimləri müəyyənləşdi

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi – FOTO/VİDEO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edildi - FOTO

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Minimum əməkhaqqı ilə bağlı ŞAD XƏBƏR

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? – Direktordan ÖZƏL AÇIQLAMA

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Qarabağ Universitetindən müəllimlə bağlı yayılan iddialara CAVAB

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Əlilliyi olan 9 min şəxsə 376 min reabilitasiya vasitəsi verildi

Pərviz Heydərov vəfat etdi

Pərviz Heydərov vəfat etdi

İnfantino Hövsana gəldi

İnfantino Hövsana gəldi

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Təhlükəsizlik zəncirinin ən həssas halqası – FOTO

Dənizdə batan üç şəxs axtarılır

Dənizdə batan üç şəxs axtarılır

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Qubada qoz ağacından yıxılan şəxs VƏFAT ETDİ

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqla xəsarət aldı

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Türkiyə və İsrail arasında 9,5 milyardlıq TİCARƏT DÖVRİYƏSİ – SENSASİON FAKTLAR – FOTO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Rusiya Odessaya zərbə endirdi: 8 yaralı var – FOTO/VİDEO

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

Ukraynanın ATB supermarketlər şəbəkəsində bu məhsullar çatışmır – SİYAHI

End of content

No more pages to load

RADİO